“Bu dəhliz əvvəlki əhəmiyyətini itirə bilər”
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Hörmüz boğazına alternativ marşrutların açılması məsələsi daha öncədən də gündəmdə olub. Hətta İsrail tərəfindən belə bir təklif irəli sürülmüşdü ki, Yaxın Şərqdəki enerji resursları Səudiyyə Ərəbistanı-İsrail xəttindən təxminən Aralıq dənizinə çıxarılır və oradan daşınır. Yəni əsas məqsəd məhz Hörmüz boğazından yan keçən bir marşrutların yaradılması idi”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, bu, 40 günlük müharibə dövründə yenidən gündəmə gəldi, xüsusən İranın Hörmüz boğazını bloklamasından sonra daha da aktuallaşdı: “Hesab ediəm ki, bu müharibədə İran üçün əsas strateji itkilərdən bir məhz Hörmüz boğazının problemli keçid olması ola bilər. Çünki Hörmüz boğazının bağlanması, blokadaya alınması müharibə dövründə taktiki baxımdan İran üçün mühüm əhəmiyyət kəsb etdi, xüsusən müharibənin gedişinin dəyişməsinə, ABŞ-nin geri çəkilməsinə, İranın mövqeyinin güclənməsi baxımdan. Amma strateji olaraq fikirləşdikdə, Hörmüz boğazı ətrafında yaranan problem bu marşrutu problemli bir keçidə çevirir. Yəni artıq bundan sonrakı dövrdə Hörmüz boğazının əvvəlki vəziyyətə qayıdacağı ehtimalı zəifdir. Bu, təkcə İranın Hörmüz boğazına nəzarət etmək istəyindən irəli gəlmir, həm də müharibə göstərir ki, bu keçid, yəni Hörmüz boğazı artıq problemli bir dəhlizdir və istənilən vaxt orada həyata keçirilən daşımalar problemlər yarada bilər. O baxımdan Hörmüz boğazının xüsusən təhlükəsiz keçid baxımından əsas əhəmiyyəti azaldı deyə düşünürəm. Fikrimcə, gələcəkdə də Hörmüz boğazına alternativ marşrutlar irəli sürüləcək. Bu, İsrailin əsas planlarından biri olub və ABŞ də bu planı dəstəkləyir”.
A.Nərimanlının sözlərinə görə, bu boğazdan daşmalarda istifadə edən ölkələr də boğazın nə qədər sərfəli olduğu haqqında artıq 2 dəfə düşünməyə başlayıblar: “İstisna deyil ki, gələcəkdə bu fikirlər daha da artacaq. Düşünürəm ki, Hörmüz boğazı gələcək baxımından həm alternativ marşrutların açılması, həm də bu boğazdan istifadə edən ölkələrin artıq inamının azalması baxımından əvvəlki əhəmiyyətini itirə bilər”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 28 İyul 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















