ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın gələcəkdə qlobal bazarlar üçün əvvəlki əhəmiyyətini itirə biləcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Hörmüz boğazına alternativ marşrutların yaradıldığını deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə yeni neft kəmərləri tikilir, həmçinin Suriya ərazisindən avtomobil nəqliyyatı ilə neft daşınması genişlənir.
Tramp vurğulayıb ki, Hörmüz boğazından enerji daşıyıcılarının nəqlindən asılılığı azaltmaq üçün regionda müxtəlif alternativlər hazırlanır.
Qeyd edək ki, dünya neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz tədarükünün isə 20 faizə yaxını Hörmüz boğazından həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 05 Sentyabr 2026 01:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















