Emənistan hakimiyyətinin kilsə ilə davası bitmir Növbəti addım atıldı
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Ermənistanda “Şogakat” dini-maarifləndirici kanal ictimai yayım paketindən çıxarıla bilər.
News24.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Sözügedən məsələ parlamentin bu gün baş tutacaq iclasının gündəliyinə daxil edilib.
Təklif olunan “Audiovizual media haqqında” qanuna dəyişikliklərə əsasən, ictimai yayım kanallarının sayı üçdən ikiyə endiriləcək.
Qanun layihəsinin əsaslandırma hissəsində qeyd olunub ki,
mövcud vəziyyət təhlil edilib və üç ictimai yayımçının saxlanılmasının keyfiyyət problemləri yaradır.
Xüsusilə resursların bölüşdürülməsində çətinliklər, müxtəlif yayımçılar arasında məzmunun təkrarlanması, maarifləndirici və mədəni proqramların az baxılması, əlçatanlığının zəifliyi, həmçinin idarəetmə və əməliyyat baxımından səmərəsizlik müşahidə olunur.
Hökumət artıq layihəni təsdiqləyib. Deputatlar sənəddə konkret hansı ictimai kanalın efirdən çıxarılacağını göstərməyiblər. Lakin “Vətəndaş müqaviləsi” fraksiyası üzvlərinin bəyanatlarını və hakimiyyətin anti-kilsə ritorikasını nəzərə alaraq, söhbətin “Şogakat” kanalından getdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 Oktyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















