Icma.az
close
up
RU
Trampdan növbəti addım

Trampdan növbəti addım

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

ABŞ-ın konsulluqları bağlana bilər

ABŞ-ın yeni prezidenti Donald Trampın öz səlahiyyətlərinin icrasına başladığı gündən imzaladığı qərarlar qlobal mediada ən önəmli gündəm mövzusuna çevrilib. Qeyd edək ki, Trampın bir sıra iqtisadi-siyasi qərarları, xüsusilə ABŞ-ın dünya ölkələrinə maliyyə yardımını 90 gün ərzində dayandırması, Kanada, Meksika və Aİ-nin üzv ölkələrindən idxal olunan mal və məhsullara yeni taariflər tətbiq etməsi, ABŞ-ın dəniz sularında neft-qaz ehtiyatlarının istismarı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, o cümlədən ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin İnsan Hüquqları Təşkilatı və qlobal iqlim sazişi - Paris sazişindən çıxması ilə bağlı qərarları ətrafında ciddi fikir mübadilələri aparılır.

NBC kanalı müəyyən mənbələrə istinadən xəbər verib ki, Tramp administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün ABŞ-ın bəzi ölkələrdə konsulluqlarını bağlaya bilər. Məlumatda bildirilir ki, söhbət Sakit okean adaları, Kanada və Meksikadakı, həmçinin Avropada - xüsusilə Almaniya və Fransadakı konsulluqlardan gedir.

Telekanal qeyd edir ki, Tramp artıq bu təşəbbüslə tanış olub, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Dövlət Departamenti isə öz növbəsində konsulluqlardan fəaliyyətləri ilə bağlı məlumat tələb edib.

Trampın 20 yanvar tarixində keçirilən inauqurasiyasından dərhal sonra, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) ABŞ büdcəsinin xərclər bölmələrinin genişmiqyaslı yoxlanışına başlayıb. Ümumilikdə, iş adamı dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.

Maraqlıdır, İlon Maskın prezident Donald Trampa bununla bağlı təklifi hansı iqtisadi amildən irəli gələ bilər? Trampın belə bir qərara imza atacağı təqdirdə bu, ABŞ-ın bölgə siyasətinə nə dərəcədə təsir göstərəcək?

İqtisadi hədəflərə daha çox üstünlük verilir

Məsələ ilə bağlı politoloq Aytən Qurbanova “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp administrasiyasının qlobal strategiyasında iqtisadi hədəflərə daha çox üstünülk verilir. “Məlumdur ki, Donald Tramp və onun komandasının ən önəmli aktoru olan İlon Mask siyasi maraqların iqtisadi hədəflərə tabe etdirilməsi istiqamətində sürətli addımlar atmağı hədəfləyirlər. Əslində Trampın birinci prezidentliyi dönəmi bu istiqamətdə addımların atıla biləcəyi ehtimalını daima gündəmdə saxlamağa icazə verən əsas amil idi. Ona görə də, qəbul edilən ilk qərarlar heç də təəccüb yaratmasa da, kifayət qədər çox sualları cavabsız qoyub. Belə ki, xərcləri azaltmaq üçün qəbul edilən qərarların hər biri böyük müzakirələrə səbəb olub,” - deyə A.Qurbanova bildirib.

Birmənalı qarşılanmayan qərarlar... 

Politoloq vurğulayıb ki, ABŞ Dövlət Departamentinin xərclərini azaltmaq üçün bəzi ölkələrdə konsulluqların bağlanmasının mümkünlüyü ilə bağlı məsələ xüsusilə diqqət mərkəzində olan mövzuya çevrilib: “Bu qərar iqtisadi maraqlar kontekstində uğurlu olsa belə, Amerika kimi hegemon dövlətin strateji hədəflərinə ciddi zərbə vura bilər. Xüsusilə konsulluqların bağlanması müzakirə olunan dövlətlərin siyahısına nəzər yetirdikdə, Amerikanın strateji hədəflərində ciddi dəyişikliklərin ola biləcəyi ehtimalı daha çox diqqət cəlb edir”. Ardınca A.Qurbanova vurğulayıb ki, Trampın xarici siyasətdə addımları ABŞ-ın müttəfiqləri üçün xüsusi əhəmiyyət kəsb edəcək. “Bildiyimiz kimi, Qərb periferiyası ABŞ-ın ənənəvi xarici siyasətində “həyati məkan” olaraq dəyərləndirə biləcəyimiz bölgədir. Amma Tramp administrasiyasının ilk sərt bəyanatları və qərarları məhz bu bölgələri hədəf alıb. Əvvəl Meksika və Kanada ilə bağlı sərt bəyanatlar, həmçinin Avropa İttifaqından ixrac edilən polad və alüminiuma gömrük rüsumunun tətbiq olunması ilə bağlı qərarın qəbul edilməsi birmənalı qarşılanmamışdı”.

Növbəti qərar, yoxsa ciddi mesaj...

 “İndi isə Kanada, Meksika və Sakit okean adaları ilə yanaşı İttifaqın iki ən önəmli aktoru hesab edilən Almaniya və Fransada konsulluqların bağlanması ilə bağlı müzakirələr ciddi mesaj xarakteri daşıyır. Düşünürəm ki, bütün bu addımlar yeni dünya nizamında qüvvələr balansının dəyişməsi uğrunda qlobal aktorlar arasında gedən ciddi mübarizənin aydın təzahürləridir,” -deyə A.Qurbanova əlavə edib.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Fevral 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri