Icma.az
close
up
RU
Əmgəklər

Əmgəklər

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Cavan valideynlər bəzən narahat olurlar ki, uşağın əmgəyini zədələyə bilərlər. Narahat olmağa dəyməz. Əmgək elastik və çox qalın toxuma qatı, üzərində isə dəri qatı ilə örtülmüşdür.

Uşağa adi baxım zamanı (saçların daranması, saçların yuyulması və s.) əmgəyi zədələmək, praktik olaraq, mümkün deyil.

Böyük əmgəyin ölçüsü uşaqlarda müxtəlif ola bilər (orta hesabla 2,2 sm-dən 3,5 sm-dək).

Uşağın başında saç az olduqda əmgəyin altında nəbz vurmasını görmək olur. Bu, tam normal haldır.

Əgər uşağın əmgəyi gərgin və qabarıqdırsa, və ya əmgəyin qıraqları artıq dərəcədə yumşaq və elastikdirsə, uşağı həkimə göstərin - bu, hər hansı bir xəstəliyin əlaməti ola bilər.

Batmış əmgək ishal və ya yüksək hərarət zamanı uşaqda inkişaf edən ağır susuzlaşdırmanın əlaməti ola bilər. Bu hal körpə uşaqların səhhəti üçün çox təhlükəlidir və hətta uşağın tələf olması ilə nəticələnə bilər.

Əmgəyin bağlanması çox fərdi və irsiyyətlə bağlı olan bir prosesdir. Bəzi uşaqlarda böyük əmgək hətta 3-4 ayında bağlana bilər. Lakin bu halda da (uşağın inkişafı normal getdikdə və digər nevroloji simptomlar olmadıqda) narahat olmağa dəyməz - bu uşağın beyninin normal böyüməsinə və inkişafına mane olmur (uşağın başı tək əmgəklər hesabına deyil, baş sümükləri arasında olan "tikişlərin" hesabına da böyüyür). Bundan əlavə yalnız böyük əmgəyin erkən bağlanması uşaqda kəllədaxili təzyiqinin artmasına səbəb ola bilməz.

Orta hesabla uşaqlarda böyük əmgək 6-18 aylarında tamamilə bağlanır (bəzən tam sağlam uşaqlarda əmgək hətta 2 yaşına qədər açıq qala bilər).

Vaxtında doğulmuş uşaqlarda kiçik əmgək adətən körpə doğularkən bağlı olur. Vaxtından tez doğulmuş körpələrdə isə kiçik əmgək təxminən 0,5 sm ölçüsündə olur və 2-3-cü aylarında bağlanır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:143
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see278

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see274

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see273

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see267

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see263

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see256

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see256

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see252

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see241

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see238

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see227

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see224

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see220

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see220

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see218

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see207

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see207

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see207

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see204

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri