Icma.az
close
up
RU
Əmi, xala, bibi və dayı uşaqları toydan sonra nikah bağlaya bilməsə... “İstənilən halda sosial ödəniş olacaq”

Əmi, xala, bibi və dayı uşaqları toydan sonra nikah bağlaya bilməsə... “İstənilən halda sosial ödəniş olacaq”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Qanunvericilik nikaha mane olan halların siyahısına qohum evliliklərini də əlavə edib. Buna görə də qeyd olunan qohumlar arasında dövlət qeydiyyatı ilə nikah artıq rəsmiləşdirilmir. Əgər iki şəxs toy edib və sonra rəsmi nikah üçün müraciət edirsə, qeydiyyat orqanı onların nikahını qeydə almır. Bu, hər hansı inzibati prosedur deyil, birbaşa hüquqi qadağadır. Müraciət edən tərəflər rəsmi nikahdan imtinanı qanun pozuntusu saymamalıdır”.

Bu sözləri “Yeni Sabah”a hüquqşünas Ayxan Məmmədli deyib.

Onun sözlərinə görə, cütlük dini kəbindən sonra övlad sahibi olsa belə, yenə də nigah rəsmiləşdirilməsi aparılmır:

“Çünki qadağa nikahın özünə yönəlib, toy mərasiminə yox. Bu halda vətəndaş nikahın rəsmiləşdirilməməsi ilə üzləşir, amma təkcə müraciət faktına görə cinayət məsuliyyəti daşımır. Cinayət məsuliyyəti yalnız qohum nikahını təşkil etmək, təşviq etmək və ya dini kəbinlə rəsmiləşdirilmiş kimi göstərməyə çalışmaq hallarında tətbiq olunur. Dini kəbinlə evlənmək isə nikahın hüquqi qüvvəsi olmadığı üçün dövlət tərəfindən tanınmır.

Dini kəbin bağlanması özü ayrıca nikah yaratmır və dövlət qeydiyyatı kimi dəyərləndirilmir. Əgər cütlük dini kəbindən sonra övlad sahibi olursa, bu hal nikahın rəsmiləşdirilməsi məsələsinə təsir etmir. Uşaq doğulduqda valideynlər rəsmi nikahda olmadıqları üçün uşağın hüquqi statusu “nikahdankənar doğulan” kimi qeyd edilə bilər. Azərbaycan qanunvericiliyində nikahdankənar doğulan uşaqlar valideynlik hüquqlarında fərq yaşamırlar”.

Hüquqşünas qeyd edib ki, övlad nikahdankənar doğulsa belə, hüquqi baxımdan digər uşaqlarla bərabər sayılır:

“Uşağın soyadı, atasının adı və digər məlumatlar valideynlərin ərizəsi ilə tam şəkildə qeyd olunur. Dövlət heç bir halda uşağın hüquqlarını məhdudlaşdırmır. Yəni uşağın taleyi ilə bağlı hər hansı hüquqi risk yoxdur. Uşağın doğulması rəsmi nikahın yoxluğu səbəbi ilə problem yaratmır. Valideynlər doğulan uşağın doğum haqqında şəhadətnaməsini adi qaydada ala bilir. Belə uşaqlar bütün sosial təminatlara eyni qaydada malikdir.

Valideynlərə doğuşa görə nəzərdə tutulan birdəfəlik müavinət tam şəkildə ödənilir. Sosial imtiyazların təyin edilməsi zamanı nikah faktına deyil, uşağın doğulması faktına baxılır. Dövlət sosial yardım, ünvanlı yardım və digər ödənişləri ailə tərkibi və gəlirlər əsasında hesablayır. Rəsmi nikahın yoxluğu sosial ödənişlərin verilməsinə mane olmur. Həmçinin, tibbi xidmətlər, icbari sığorta, məktəbəqədər və məktəb qeydiyyatı prosesləri də normal qaydada həyata keçirilir. Uşaq hüquqi baxımdan digər uşaqlarla tam bərabər sayılır. Valideynlərin hüquqi münasibətləri isə nikahın rəsmiləşdirilməməsinə görə dəyişmir”.

Ayxan Məmmədli dövlətin qohum evliliklərini, dini kəbinləri olsa belə, hüquqi nikah kimi tanımadığını xatırladıb:

“Onlar birlikdə yaşaya, uşağı birgə böyüdə bilər. Lakin rəsmi nikahın rəsmiləşdirilməsi qadağası qüvvədə qalır. Cütlük gələcəkdə də bu nikahı rəsmiləşdirə bilməyəcək. Buna görə də hüquqi status “rəsmi nikahsız birlik” olaraq qalacaq. Nəticə etibarilə, dövlət uşağı müdafiə edir, amma qohum nikahını hüquqi nikah kimi tanımır. Bu mexanizm həm ictimai sağlamlığı qorumağa, həm də uşaqların hüquqlarını təmin etməyə yönəlib”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə birbaşa qan qohumları arasında nikahı qadağan edən yeni qaydalar 1 iyul 2025-dən qüvvəyə minib. Bu dəyişikliklərə əsasən əmi, xala, bibi və dayı uşaqlarının bir-biri ilə rəsmi nikah bağlaması hüquqi cəhətdən mümkünsüzdür.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri