Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ölümdən sonra insanı nə gözləyir?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Emil Əfrasiyab: Qara Qarayev bütöv bir dövrün simasıdır

Emil Əfrasiyab: Qara Qarayev bütöv bir dövrün simasıdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 fevral, Günel Alıyeva, foto Səfiyar Məcnun, AZƏRTAC

Dahi bəstəkar Qara Qarayevdən danışarkən onun Azərbaycan mədəniyyəti və musiqi xəzinəsində tutduğu misilsiz yeri xüsusi vurğulamaq lazımdır. Qara Qarayev bütöv bir dövrün simasıdır. O, yüksək peşəkar məktəb keçmiş sənətkar olmaqla yanaşı, dahi Dmitri Şostakoviçin də tələbəsi olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında pianoçu, Əməkdar artist Emil Əfrasiyab bildirib.

Onun sözlərinə görə, Azərbaycan musiqisi o qədər zəngin və dərin bir dünyadır ki, bu irsi peşəkar səviyyədə mənimsəmək, milli üslubda formalaşmaq hər zaman çətin və məsuliyyətli bir proses olub.

“Mənim musiqi dünyagörüşümün formalaşmasında xüsusi rolu olan iki böyük bəstəkar var: birincisi Üzeyir Hacıbəyli, ikincisi isə Qara Qarayev. Qara Qarayevin yaradıcılığı artıq hər şeyi özü “danışır”. O, janr fərqi qoymadan elə bir üslubda musiqi yazıb ki, həmin üslubu müasir janrlarla — cazla, modern istiqamətlərlə, eləcə də klassik ənənə ilə rahat şəkildə sintez etmək mümkündür. Yəni o, müxtəlif musiqi dünyaları arasında körpü qurmağı bacaran sənətkar idi”, – deyə Emil Əfrasiyab əlavə edib.

Pianoçunun fikrincə, gənc musiqiçilər üçün ən vacib məqamlardan biri Qara Qarayevin musiqisini və onun yaratdığı mədəni-estetik məktəbi əvvəlcə dərindən dinləmək, dərk etmək, daha sonra həmin təcrübənin üzərində öz yaradıcılıq axtarışlarını qurmaqdır. O vurğulayıb ki, bu yanaşma gənclərin peşəkar formalaşmasında mühüm rol oynayır.

Sonda Emil Əfrasiyab qeyd edib ki, Üzeyir Hacıbəyli və Qara Qarayev kimi dahilərimizin irsinin yaşadılması yalnız təbliğat və layiqli təqdimat yolu ilə mümkündür. Bu irsi həm ölkə daxilində, həm də ölkə xaricində konseptual şəkildə, yüksək səviyyədə tanıtmaq və təmsil etmək hər birimizin mənəvi vətəndaşlıq borcudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see292

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see213

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see196

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see175

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see173

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see173

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see172

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see172

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see171

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see171

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see170

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see170

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see170

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see169

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see168

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see168

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see166

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see166

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri