Icma.az
close
up
RU
Emin Ağalarova yeni vəzifə verildi FOTO

Emin Ağalarova yeni vəzifə verildi FOTO

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda Azərbaycan - Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bildirib.

Azərbaycan Respublikasının Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafını vurğulayıb, iqtisadi - ticarət əlaqələrinin şaxələndirilməsi kontekstində Azərbaycan - Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin əhəmiyyətini qeyd edib. Bildirilib ki, birgə investisiya layihələrinin həyata keçirilməsi və ikitərəfli ticarət potensialının reallaşdırılması istiqamətində görülən işlər işgüzar dairələr arasında əlaqələri daha da möhkəmləndirir ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verir.

İki ölkənin biznes dairələri tərəfindən yaradılmış Azərbaycan - Rusiya İşgüzar Şurasının fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov qurum tərəfindən iki ölkə arasında ticarət və işgüzar əlaqələrin inkişafı, Azərbaycan biznes ictimaiyyətinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb.

İclasın gündəliyinə uyğun olaraq, Şuranın İdarə Heyətinə seçkilər keçirilib, Azərbaycan - Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri "Agalarov Development" şirkətinin təsisçisi Emin Ağalarov, sədrin müavinləri isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və "Nardaran Invest" MMC-nin direktoru Qəmbər Bənənyarlı seçiliblər.

Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov sahibkarlar arasında biznes dialoqun intensivləşdirilməsi və hər iki ölkənin işgüzar dairələri üçün tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Tədbirdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanova Fəxri Fərman təqdim edilib.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Rusiya - Azərbaycan İşgüzar Şurası və iki ölkənin digər dövlət qurumları və müvafiq ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Dekabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see196

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see184

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see182

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see168

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see145

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see132

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see124

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see123

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri