Icma.az
close
up
RU
Emin Əmrullayev III Maarifçi tələbə məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

Emin Əmrullayev III Maarifçi tələbə məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III "Maarifçi" tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.
Bu barədə Newscenter.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə əvvəlcə proqramın nəticələri barədə məlumat verilib. Nazirliyin Aparat rəhbəri, "Maarifçi" tələbə-məzun təcrübə proqramının işçi qrupunun rəhbəri Mətin Kərimli proqram çərçivəsində görülmüş işlər, əldə olunan nəticələr və iştirakçıların fəaliyyəti barədə çıxış edib.
Daha sonra proqrama dair videoçarx nümayiş olunub.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev proqram iştirakçıları ilə fikir mübadiləsi aparıb. Nazir gənc kadrların dövlət qulluğunu düzgün dərk etməsi üçün proqramın faydalı olduğunu qeyd edib, həmçinin iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təcrübə proqramının məzunları çıxış edərək layihə barədə təəssüratlarını bölüşüb, proqramın onların bilik və bacarıqlarının inkişafına, peşəkar yönümünə və karyera planlamasına müsbət təsir etdiyini bildiriblər.
Sonda proqram iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 4 ay davam edən III "Maarifçi" tələbə-məzun təcrübə proqramı çərçivəsində 42 iştirakçı Elm və Təhsil Nazirliyində, tabeliyindəki qurumlarda, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçib.
Proqramın məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, tələbə və məzunların sahəvi bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların müasir idarəetmə və təhsil islahatları proseslərinə yaxından cəlb olunmasıdır.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri