Emin Əmrullayev: Təlim və tərbiyə paralel aparılmalıdır
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan məktəblərində təlim və tərbiyənin paralel aparılması, tərbiyə məsələlərinin önə çəkilməsi vacibdir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda deyib.
O bildirib ki, dəyərlər və dəyərlərə əsaslanan təhsil sisteminin formalaşmasında yüksək nəticələr əldə etmək olar.
"Cəmiyyətimizdə yalnız imtahan nəticələri deyil, həmçinin uşaqların tərbiyəsi, onların psixoloji-emosional inkişaf məsələləri də müzakirə olunmalıdır. Təhsil nailiyyətlərinə baxdıqda iki qrup inkişafdan danışılır. Birinci qrup təlim və nəticələrdir. Bunları ölçmək, hansısa imtahanla müəyyən etmək daha rahatdır. İkincisi isə uşaq tərbiyəsidir. Tərbiyə məsələləri daha mürəkkəbdir, bunu ölçmək daha çətindir", - o vurğulayıb.
Baxış sayı:142
Bu xəbər 30 Aprel 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















