Icma.az
close
up
RU
Emin Əmrullayevin açıqlaması müəllim peşəsinin mahiyyətini kiçildən bir ifadədir

Emin Əmrullayevin açıqlaması müəllim peşəsinin mahiyyətini kiçildən bir ifadədir

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Emin Əmrullayevin dediyi kimi, “həftədə 4–5 saat dərs deyən də müəllim adlanır, 32 saat dərs deyən də müəllim adlanır” yanaşması əslində müəllim peşəsinin mahiyyətini kiçildən, ictimai hörmətini zədələyən bir ifadədir".

Bunu Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva bildirdi.

"Əvvəla, müəllimlik sadəcə saat hesabı ilə ölçülən bir iş deyil. Müəllim dərsdə keçirdiyi vaxtdan əlavə, dərsə hazırlaşır, qiymətləndirir, metodiki materiallar hazırlayır, valideynlərlə işləyir, öz üzərində çalışır. Yəni “həftədə 4 saat dərs” reallıqda yalnız auditoriya vaxtıdır, müəllimin əməyinin tam göstəricisi deyil. İkincisi, bu cür yanaşma təhsil sistemindəki əsas problemi – vakansiyaların azlığını, müəllimlərin qeyri-bərabər dərs bölgüsü kimi məsələləri xatırlatmaqla yanaşı, düzgün idarəetmə prinsiplərini də kölgədə qoyur. Əgər kimsə 4–5 saat dərs aparırsa, bu onun günahı deyil, məktəbin dərs bölgüsünü düzgün planlaşdırmamasıdır. Bu halda müəllimə “yarımçıq peşə sahibi” kimi baxmaq ədalətsizlikdir. ^Müəllim^ adlandırılan o şəxslər Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan ali təhsil müəssisələrində müəllim ixtisasına yiyələniblər, işə qəbul olunubla və təhsilə də az çox. öz töhfələrini veriblər.

Üçüncüsü, müəllimlik “səhərdən axşama qədər iş vaxtı olan” bir sahə ilə müqayisə edilə bilməz. Çünki müəllim yalnız fiziki dərs saatı ilə ölçülmür, onun zehni və yaradıcı əməyinin dəyəri var. Bu fikirlər, müəllimlərin sosial statusunu aşağı salmaqla yanaşı, gənc nəslin də müəllim peşəsinə marağını azaldacaq.

Ona görə də, hörmətli nazirin fikirlərinə hörmətlə yanaşsaq da, cəmiyyətə belə mesajların verilməsi doğru yanaşma deyil. Müəllim az dərs də apara bilər, çox da. Amma müəllimlik peşəsi eyni dərəcədə qiymətli və məsuliyyətlidir.

Müəllimlik peşəsi yalnız iş vaxtı ilə deyil, ictimai məsuliyyət və gələcək nəslin formalaşdırılmasındakı rolu ilə də ölçülür. Ona görə də təhsil sahəsində rəhbər şəxslərin bu mövzuda açıqlamalarında daha həssas və peşənin nüfuzunu qoruyan yanaşma sərgiləməsi arzuolunandır", - deyə o vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri