Icma.az
close
up
RU
“Emin Əmrullayevin atdığı addımlardan görünür ki, Prezidentin təhsil sahəsində verdiyi tapşırıqları yerinə yetirmir” AÇIQLAMA

“Emin Əmrullayevin atdığı addımlardan görünür ki, Prezidentin təhsil sahəsində verdiyi tapşırıqları yerinə yetirmir” AÇIQLAMA

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elm və təhsil naziri Emin Əmrullayev növbəti dəfə sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Belə ki, nazirin Bakı İdman Sarayında keçirilən Qazaxıstan universitetlərinin təhsil sərgisi zamanı qazaxıstanlı uşaqla görüntüləri “səmimi video” başlığı ilə paylaşılsa da, uşağın nazirlə ünsiyyət qurmaq istəməməsi birmənalı qarşılanmayıb. Videoya yazılan şərhlər arasında təhsil üzrə eksperti Elşən Qafarovun fikirləri diqqət çəkib. Ekspert bildirib: ““Uşaqlar həssas olur” deyirlər. Qazaxıstanlı körpə də başa düşür ki, onun Azərbaycandakı yaşıdlarının gələcək həyatını biznesinə, mənasız təlimlərə və layihələrə xərcləyən biri ilə üzləşib...”

E.Qafarov Pravda.az-a açıqlamasında nazir Emin Əmrullayevin ünvanına yazdığı fikirləri belə əsaslandırıb.

“Məsələ insanın səmimiyyətində deyil, idarəçi, təhsil sisteminin başında dayanan şəxs olaraq nə qədər səriştəli və bacarıqlı olmaqdadır. Bu gün təhsil ölkə əhalisinin böyük bir hissəsini əhatə edir. Ən azı hər iki nəfərdən biri ümumtəhsillə bağlıdır. Amma bu gün təhsilin bütün pillələrində - məktəbəqədər, ümumtəhsil, peşə, orta, ali təhsildə baş verənlər, xaos, tənəzzül bütün vətəndaşlar kimi məni də çox təəssüfləndirir. Səmimi, yaxşı insan olmaq tamamilə başqa anlayışdır. Emin Əmrullayevin şəxsiyyəti ilə işimiz yoxdur. Təhsildə verilən səriştəsiz qərarlar, anlaşılmaz, izahı olmayan təyinatlar, qeyri-mücərrəd addımlar, təbii ki, insanı düşünməyə, danışmağa vadar edir. Emin Əmrullayev hər bir azərbaycanlı kimi səmimi, çox yaxşı insan ola bilər, amma o, bu gün təhsil sisteminin başında dayanır. Təhsildə atdığı addımlar qəbuledilməzdir. Şəkər zavodunun, çay fabrikinin əməkdaşlarını irəli çəkməklə dayanmır, Təhsil Texnologiyaları Mərkəzinə müavin təyin edir... Bu, bütün təhsil proqramlarını, kurikulumları işləyən bir şöbədir, təhsil sisteminin özəyidir. SOCAR-da təlimçi işləmiş birini bu şöbəyə təyin etmək nə deməkdir? Emin Əmrullayev izahı olmayan təyinatlarına davam edir. Sanki bilərəkdən Azərbaycan təhsilində uyğun olmayan kadrları yerləşdirir. Onun təyinatlarının heç birində funksional vəzifələrdə təhsil adamları yoxdur. Təsəvvür edirsiniz? Çıxıb cəmiyyətdə səmimi olsun, burda nə var ki? Bu, ayrı şeydir, elm və təhsil naziri kimi ölkənin gələcək taleyini zərbə altına qoyan addımlar atmaq tamamilə başqa şeydir. Xalqa yaxın olmaq üçün xalqa xidmət etmək, cənab Prezident İlham Əliyev göstərişlərini yerinə yetirmək lazımdır. Emin Əmrullayev vəzifəsinin öhdəsindən gəlməlidir, amma onun atdığı addımlardan görünür ki, nə Prezidentin təhsil sahəsində verdiyi tapşırıqları yerinə yetirilir, nə də xalqa xidmət olunur. Əksinə, hazırda təhsil insanlarında bu qədər narazılıq və sosial gərginlik Emin Əmrullayevin xidmətlərinin nəticəsidir. Ya bilə-bilə, ya da bilməyə-bilməyə... Real budur ki, bu insan təhsil sistemini idarə edə bilmir, verdiyi qərarlar təhsil sisteminin daha da məhv olmasına gətirib çıxarır. Nəzarət sistemi, idarəetmə sistemi yoxdur. Hansı arqumentlərlə bu təyinatları verir? Emin Əmrullayevin özünün xəbəri varmı, ölkə məktəblərində nələr baş verir? Sabah cənab Prezident onu işdən azad etdikdən sonra siravi bir vətəndaş olanda nə qədər səmimi olmaq istəyirsə, nə qədər xalqa yaxın olmaq istəyirsə, olsun. Onsuz da, üstündə Azərbaycan Respublikasının vətəndaşlığı var. Amma düşünmürəm ki, nazir kimi səmimidir, xalqa xidmət edir. Xalqa xidməti işinin nəticəsindən görünür”, - E.Qafarov qeyd edib.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Mart 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see191

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see126

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Maskın təklifi

08 İyun 2025 04:23see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see113

Bakıda 2 avtomobildən avtomat tapıldı

07 İyun 2025 12:28see112

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri