Emin Hüseynov: Ağdam rayonunda 2000 dən çox ailə məskunlaşıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağdam, 5 oktyabr, AZƏRTAC
Ağdam şəhərindəki ikinci yaşayış kompleksində, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində əhalinin məskunlaşması həyata keçirilib. Hazırda Ağdam rayonunda ümumilikdə 2000-dən çox ailə yaşayır. Onlardan təxminən 932 ailə Ağdam şəhərində, 1110 ailə isə üç kənddə məskunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlaması zamanı deyib.
Emin Hüseynov bildirib ki, bu ilin sonuna qədər Ağdam rayonunda məskunlaşan ailələrin sayı 5000-ə çatacaq: “Beləliklə, əhalinin sayı daha 10 min 450 nəfər artacaq və 21 min nəfərə çatacaq. Bu, Ağdam şəhərinin tikilməkdə olan dördüncü və beşinci yaşayış komplekslərinin açılışı və ora əhalinin köçürülməsi, eyni zamanda, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin də tikintisinin yekunlaşması hesabına baş verəcək. Bu proses gələn il də davam edəcək. Gələn il artıq ikinci dövlət proqramı fəaliyyətə başlayacaq, 2027-2030-cu illəri əhatə edən ikinci dövlət proqramı çərçivəsində də əlavə 30-40 min insanın qrafikə uyğun şəkildə Ağdam rayonuna köçü planlaşdırılır”.
Müxbir - Tahir Ağaməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 05 Oktyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















