Emin Mahmudov Azərbaycan millisində son oyununu keçirəcək RƏSMİ
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu qərar qəbul olunub. Noyabr toplanışı çərçivəsində keçiriləcək Andorra ilə yoldaşlıq görüşü Emin Mahmudov üçün milli komandada sonuncu matç olacaq.
2016-cı ildən etibarən milli komandanın şərəfini qoruyan yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi oyunlarda 16 qola imza atıb. Emin Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır.
Qeyd edək ki, Azərbaycan millisi növbəti toplanış çərçivəsində noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 06 Noyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















