Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Heydər Əliyev dühasından İlham Əliyev Zəfərinə: Azərbaycan Bayrağının əbədi ucalığı ŞƏRH

Heydər Əliyev dühasından İlham Əliyev Zəfərinə: Azərbaycan Bayrağının əbədi ucalığı ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə yaşadan müqəddəs üçrəngli bayrağımıza ehtiram günüdür. Bu bayraq yalnız mavi, qırmızı və yaşıl rənglərin vəhdəti deyil, xalqımızın əsrlər boyu qoruduğu milli dəyərlərin, azadlıq arzusunun, müstəqillik uğrunda mübarizəsinin və gələcəyə inamının rəmzidir. Onun hər dalğalanışında Azərbaycanın tarixi, milli ruhu, dövlətçilik əzmi və suverenlik iradəsi yaşayır.

Azərbaycan bayrağının müasir tarixində Ulu Öndər Heydər Əliyevin xüsusi yeri vardır. XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin mürəkkəb siyasi və tarixi sınaqlarla üzləşdiyi bir dövrdə üçrəngli bayrağımızın dövlətçilik həyatına qaytarılması milli özünüdərkin və müstəqillik düşüncəsinin mühüm təzahürlərindən biri oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verildi. Həmin tarixi addım milli dövlətçilik ənənələrimizin bərpası istiqamətində mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın gələcək müstəqillik yoluna da öz təsirini göstərdi. Bu qərar təsadüfi siyasi hadisə deyil, Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsi idi. Çünki üçrəngli bayrağın yenidən ucaldılması ilə xalqımızın müstəqil dövlətçilik ideyası öz tarixi rəmzinə qovuşdu. Ulu Öndər Heydər Əliyev milli rəmzlərə münasibəti ilə əslində Azərbaycanın gələcək dövlətçilik yolunun ideoloji əsaslarını müəyyənləşdirirdi. Onun təşəbbüsü ilə Naxçıvanda atılan bu tarixi addım az sonra bütün Azərbaycan miqyasında reallaşdı. 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi rəsmən qəbul edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan müqəddəs bayrağımız yenidən müstəqil dövlətimizin başı üzərində dalğalanmağa başladı.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində bayraq sadəcə dövlət atributu deyil, xalqın milli mənsubiyyətinin, tarixi yaddaşının və müstəqilliyinin ifadəsi idi. Onun siyasi irsində bayrağa ehtiram dövlətə, xalqa və Vətənə sədaqətin ayrılmaz hissəsi kimi xüsusi yer tuturdu. Məhz bu baxımdan 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağın yenidən ucaldılması təkcə bir dövlət rəmzinin bərpası deyil, həm də milli ruhun və müstəqillik əzminin nümayişi kimi tarixə düşdü. Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik xəttinin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi dövründə Dövlət Bayrağımızın ucaldılması və dövlət rəmzlərinə ehtiramın gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncamın imzalanması, 2010-cu il sentyabrın 1-də meydanın təntənəli açılışı dövlət bayrağının ictimai və mənəvi həyatımızdakı yerini daha da möhkəmləndirdi. 2009-cu il noyabrın 17-də isə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Bununla da üçrəngli bayrağımıza ehtiram ümumxalq bayramı səviyyəsində təsbit olundu.

Azərbaycan bayrağının tarixi yolunda xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri də onun işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalanması oldu. Uzun illər xalqımızın qəlbində yaşayan Vətən həsrəti, ərazi bütövlüyümüzün bərpası arzusu və tarixi ədalətin təmin olunması uğrunda mübarizə 44 günlük Vətən müharibəsində yeni mərhələyə qədəm qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində üçrəngli bayrağımız doğma torpaqlarımıza qayıtdı. Şuşanın azad edilməsi və Xankəndidə, digər ərazilərimizdə dövlət bayrağımızın ucaldılması milli tariximizin ən mühüm səhifələrindən birinə çevrildi. Xüsusilə 2021-ci il yanvarın 15-də Prezident İlham Əliyevin Şuşada Azərbaycan bayrağını ucaltması böyük tarixi və mənəvi məna daşıyırdı. Bu hadisə illər əvvəl Bakıda Dövlət Bayrağı Meydanının açılışında səsləndirilmiş arzunun gerçəkləşməsi idi. Həmin vaxt Prezident İlham Əliyev bayrağımızın Şuşada və işğal altında olan digər torpaqlarda dalğalanacağına inamını ifadə etmişdi. Sonrakı hadisələr bu fikrin tarixi reallığa çevrildiyini göstərdi.

Bu gün üçrəngli bayrağımız azad edilmiş ərazilərimizdə, dövlət və ictimai müəssisələrdə, beynəlxalq təşkilatların qərargahları qarşısında, mötəbər tədbirlərdə və idman arenalarında qürurla dalğalanır. Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Zəngilanda, Cəbrayılda və digər doğma yurdlarımızda ucalan bayrağımız Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün rəmzi kimi xüsusi məna daşıyır. 2023-cü ildə dövlət suverenliyimizin tam bərpasından sonra üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması milli tariximizin yeni reallığını ifadə edir. Bayrağımızın hər üç rəngi özündə dərin ideoloji məna daşıyır. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək amalımızı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə bu tarixi və mənəvi dəyərlərin vahid dövlətçilik rəmzində təcəssümüdür. Bu rənglər və simvollar birlikdə Azərbaycan xalqının keçmişini, bu gününü və gələcəyə baxışını özündə birləşdirir. Bu gün Dövlət Bayrağı Günü münasibətilə üçrəngli bayrağımıza baxarkən onun keçdiyi tarixi yolu, bu yolda göstərilən siyasi iradəni, xalqımızın müstəqillik uğrunda mübarizəsini və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Ulu Öndər Heydər Əliyevin 1990-cı ildə Naxçıvanda yenidən ucaltdığı bayraq müstəqil Azərbaycan dövlətinin başı üzərində əbədi dalğalanmaq üçün tarixi yoluna başladı. Bu gün isə həmin bayraq müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün rəmzi olaraq bütün ölkəmizi əhatə edir.

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi ilə tarixə qayıdan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə azad torpaqlarımızda yenidən ucalan Azərbaycan bayrağı xalqımızın milli qürurunun, dövlətimizin müstəqilliyinin və gələcək nəsillərə ötürülən müqəddəs əmanətinin rəmzidir. Bayrağımız daim yüksəklərdə dalğalansın!

9 Noyabr – Dövlət Bayrağı Günümüz mübarək!

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri