Timsah qadını dişləyib həyatını xilas etdi Qeyri adi HADİSƏ
Lent az saytına istinadən Icma.az xəbər verir.
Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməyə çatıblar.
Hadisə çərşənbə günü axşam saatlarında Kukke-Subramanya bölgəsində, Kumaradhara çayı üzərindəki körpünün yaxınlığında baş verib.
Polisin məlumatına görə, qadın şəxsi problemləri səbəbindən ağır emosional vəziyyətdə olub. O, intihar etmək məqsədilə çaya girib. Bu zaman gözlənilmədən timsahın hücumuna məruz qalıb.
Qadının qışqırığını yaxınlıqdakı otelin əməkdaşları eşidərək dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinlərlə birlikdə qadını sudan çıxarıblar.
Təhlükəli hücuma baxmayaraq, qadın yüngül xəsarətlərlə xilas olub.
Xilas edilən qadın xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib. Polis əməkdaşları ilə söhbətdən sonra qadın qohumlarının müşayiəti ilə evinə qayıdıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Noyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















