Icma.az
close
up
RU
Emin Mahmudov: “Planlar var, sadəcə bir az istədiyimiz kimi alınmır”

Emin Mahmudov: “Planlar var, sadəcə bir az istədiyimiz kimi alınmır”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi” doğma meydanda “Sabah”a 1:2 hesabla məğlub oldu.

“Ağ-qaralar”ın yarımmüdafiəçisi Emin Mahmudov “Futbolpress.az”a açıqlamasında oyun haqda fikirlərini bölüşdü:

– Oyun istədiyimiz kimi alınmadı. Rəqib bizi əks-hücumlarda yaxşı tuturdu. Bu, ilk oyunumuz idi və cavab matçımız da olacaq. İnşallah ki, sona qədər vuruşub, geridönüş edəcəyik.

– Geridönüş bugünkü oyundan sonra nə dərəcədə realdır?
– Bizim bundan da pis oyunlarımız olub. Elə “Aris”lə oyunda 0:2 uduzanda, gözlənilən o idi ki, burada bizə 10 qol vursunlar. Amma gəldik 3:0 udduq. Hər şey mümkündür. Azarkeşlərimizə qələbə borcluyuq. Çalışacağıq ki, onu qaytaraq.

– Əsas problem nədir? Meydanda taktiki cəhətdən düşünülmüş heç nə görünmür…
– Düşünülmüş planlar var, sadəcə bir az istədiyimiz kimi alınmır. Başa düşürük, yaxşı getmir. Amma bunu dəyişməliyik.

– Cavab oyununa qədər start heyətinə tam hazır olacaqsan?
– İnşallah ki, hazır olaram. Az məşq keçirmişdim və oyuna çıxdığım üçün bir az çətin oldu. Sonda zədə səbəbindən 10 nəfərlə qaldıq. Ona görə də bir az çox yoruldum. İnşallah ki, ikinci oyuna hazır olaram.

– Demək olarmı ki, bugünkü məğlubiyyətə baxmayaraq, “Neftçi” hələ də əlini finaldan üzməyib?
– Əlbəttə. Çalışacağıq ki, cavab matçında düşdüyümüz bu vəziyyətdən çıxaq.

– Bu oyunda komanda daxili əlaqələriniz zəif idi. Çünki ötürmələrdə bir çox anlaşılmazlıqlar baş verdi. Məşqlərdə bunun üzərində çalışırsız?
– Çalışırıq. Sadəcə bu gün həmin əlaqələri “Sabah” bizdən daha yaxşı elədi.

– Rəqib baş məşqi Vasili Berezutski bildirdi ki, həm “Neftçi”yə qalib gəldik, həm də hakimlərə. Berezutski nə dərəcədə haqlıdır?
– Nə danışdığını bilmirəm. Bəlkə özü də oyuna baxsa, heç nə görməyəcək. Çünki heç bir kömək yox idi.

– Bassala Sambunun yoxluğu bu gün təsirini göstərdi?
– Əlbəttə. Sambu gəldikdən bəri, yaxşı təsir bağışlayır. Onun oynaması bizim üçün vacib idi. Amma bizim digər hücumçularımız – Dembo Darbo və Ağadadaş Salyanski də inşallah ki, ikinci oyunda da kömək edərlər.

– Adın Rusiya klublarıyla hallanır və mövsümün sonunda klubdan ayrılacağın deyilir. Bu xəbərlər nə dərəcədə doğrudur?
– Hələ ki, “Neftçi” ilə müqaviləm davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Aprel 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri