Emin “Sea Breeze”də 4 yaşlı uşağın ölümü ilə bağlı açıqlama yaydı
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, ötən gün “Sea Breeze” istirahət mərkəzinin ərazisində yerləşən akvaparkda faciə baş verib. Hovuzda uşağın ayağı su nasosunda sıxılıb. Hadisə nəticəsində azyaşlı dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, “Sea Breeze”in sahibi, Xalq artisti Emin Ağalarov hadisə ilə bağlı açıqlama yayıb. O, faciə nəticəsində həyatını itirən uşağın ailəsinə başsağlığı verib və araşdırmanın aparıldığını bildirib:
“Şəxsən öz adımdan və bütün “Sea Breeze“ komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir məqamda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirəcək söz yoxdur.
Hazırda hadisənin bütün hallarını, o cümlədən uşağın hovuzun texniki zonasına necə daxil olduğunu və qoruyucu hasarların arxasında yerləşən su nasoslarının olduğu əraziyə necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır. Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək göstəririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi hər zaman “Sea Breeze“ üçün mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və müvafiq xidmətlər tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.
Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
“Sea Breeze“ komandası və şəxsən mən ailəyə lazım olan bütün dəstəyi və yardımı göstərəcəyik”.
Qeyd edək ki, hadisə zamanı 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 Avqust 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















