Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır MÜHÜM AÇIQLAMA KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə son illərdə Cənub-Şərqi Asiya regionunun qlobal iqtisadiyyatda artan rolu bu coğrafiya ilə münasibətlərin inkişafını daha da aktuallaşdırır. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri iki ölkə arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün mühüm imkanlar yaradır.
Azərbaycan və Vyetnam arasında uzun illərə söykənən dostluq münasibətləri mövcuddur. Lakin müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, yeni nəqliyyat və enerji marşrutlarının formalaşması, eləcə də alternativ bazarlara çıxış imkanlarının genişlənməsi iki ölkənin əməkdaşlığını daha praktik müstəviyə daşımağı zəruri edir. Xüsusilə enerji, nəqliyyat-logistika, investisiya, ticarət və bərpaolunan enerji sahələrində qarşılıqlı maraqların mövcudluğu tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.
Maraqlıdır, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan–Vyetnam münasibətlərində hansı yeni səhifəni aça bilər? Bu səfər iki ölkə arasında siyasi dialoqun gücləndirilməsinə, qarşılıqlı investisiyaların artırılmasına və konkret iqtisadi layihələrin həyata keçirilməsinə nə dərəcədə təkan verə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Elmir Səftərov bildirib ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan–Vyetnam münasibətlərinin inkişafı baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu səfəri iki ölkə arasında tarixi dostluq münasibətlərindən strateji tərəfdaşlığa keçidin mühüm mərhələsi kimi qiymətləndirmək mümkündür:
“Azərbaycan və Vyetnam iqtisadi və geosiyasi baxımdan bir-birini tamamlayan tərəfdaşlardır. Azərbaycan Vyetnam üçün Avropa və Avrasiya bazarlarına çıxış baxımından mühüm logistika və enerji qapısı rolunu oynaya bilər. Vyetnam isə Azərbaycan üçün Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadi məkanına çıxış imkanları yaradır. Bu baxımdan Prezident İlham Əliyevin səfəri mövcud potensialın siyasi razılaşmalardan konkret iqtisadi layihələrə və praktiki əməkdaşlığa çevrilməsi üçün xüsusi əhəmiyyət kəsb edir”.
Siyasi şərhçi qeyd edib ki, səfərin mühüm istiqamətlərindən biri enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ola bilər. Xüsusilə Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR ilə Vyetnamın “PetroVietnam” şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi qarşılıqlı iqtisadi maraqların təmin olunmasına xidmət edə bilər.
“Bu səfərdən gözlənilən əsas nəticələr sırasında strateji tərəfdaşlıq çərçivəsində əldə olunan razılaşmaların konkret layihələrlə zənginləşdirilməsi, SOCAR və “PetroVietnam” arasında əməkdaşlığın genişləndirilməsi, ikitərəfli ticarət dövriyyəsinin artırılması və yeni ixrac bazarlarının formalaşdırılması xüsusi yer tutur. Eyni zamanda, Vyetnam investorlarının Azərbaycana cəlb edilməsi də mühüm perspektivlərdən biridir”.
Elmir Səftərovun fikrincə, Azərbaycan və Vyetnam arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafı da strateji əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu Vyetnam məhsullarının Avropa bazarlarına daşınması üçün əlavə imkanlar yaradır.
“Orta Dəhliz vasitəsilə Vyetnam–Avropa istiqamətində yükdaşımaların genişləndirilməsi perspektivli əməkdaşlıq sahələrindən biridir. Bununla yanaşı, iki ölkə arasında birbaşa aviareyslərin açılması istiqamətində addımların atılması həm iqtisadi əlaqələrin, həm də turizm və humanitar münasibətlərin inkişafına müsbət təsir göstərə bilər”.
Ekspert vurğulayıb ki, Azərbaycan–Vyetnam əməkdaşlığı yalnız ənənəvi enerji və ticarət sahələri ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, bərpaolunan enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi münasibətlərin daha geniş istiqamətlər üzrə inkişafına şərait yarada bilər.
“Bərpaolunan enerji sahəsində birgə layihələrin reallaşdırılması, humanitar, təhsil və mədəni əlaqələrin yeni təşəbbüslər əsasında inkişaf etdirilməsi iki ölkə arasında əməkdaşlığın daha da şaxələndirilməsinə xidmət edəcək. Bu istiqamətlərdə atılacaq addımlar Azərbaycan və Vyetnamın uzunmüddətli tərəfdaşlığının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Siyasi şərhçinin qənaətinə görə, Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında mövcud dostluq münasibətlərinin konkret iqtisadi nəticələrlə möhkəmləndirilməsi, yeni investisiya imkanlarının yaradılması və Azərbaycanın Cənub-Şərqi Asiya regionunda iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli perspektivlər vəd edir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Noyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















