“Əminəm ki, Çin və Rusiya İrana silahla kömək etmir” − Tramp
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyanın İrana hərbi dəstək vermədiyinə əmindir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika lideri sosial şəbəkə hesabında İran ətrafındakı vəziyyəti şərh edərkən yazıb.
“Buna görə də, insanların İran kontekstində tez-tez xatırlatdığı iki böyük ölkə, mənim fikrimcə, Tehrana hərbi dəstək vermir. Əgər belə etsəydilər, bu, onlar üçün çox pis olardı. Bu, əlbəttə ki, onların maraqlarına uyğun olmazdı”, - Tramp yazıb.
Onun sözlərinə görə, Çin prezidenti Si Cinpin ona heç bir halda İran İslam Respublikasına silahın verilməsinə və ya satışına razılıq verməyəcəyinə söz verib:
“Və bu açıqlama Çin şirkətlərinə də aiddir. Mən də ona böyük bir yaxşılıq edirəm. Eynilə, Rusiya Prezidenti Vladimir Putin, Ukraynadakı dəhşətli müharibəyə baxmayaraq, mənə dedi ki, İrana silah satmayacaq. Rusiya və Amerika liderləri arasındakı münasibətlər, Ukrayna Prezidenti Volodimir Zelenski ilə olduğu kimi, dəyişməz olaraq qalır. O (Putin - red.) mənim silahı Ukraynaya deyil, NATO ölkələrinə satdığımı başa düşür. Onlar tam qiyməti ödəyirlər və bu silahların necə paylandığından xəbərim yoxdur”.
Bu mövzuda digər xəbərlər:Qrenlandiyanı alacağıq, əminəm Tramp
30 Mart 2025 10:56
Rusiya Ukrayna müharibəsinin tezliklə həll olunacağına əminəm Tramp
06 Dekabr 2025 00:04
Tramp: “Əminəm ki, Qrenlandiya xalqı çox sevinəcək”
21 Yanvar 2026 09:05
“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”
15 İyun 2026 05:09
Əminəm ki, Rusiya Ukrayna müharibəsi də bitəcək
09 Oktyabr 2025 22:05
Baxış sayı:185
Bu xəbər 24 İyul 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















