Icma.az
close
up
RU
“Əminəm ki, hansısa azərbaycanlı oğlan NBA yə doğru irəliləyir” Cerri Bleyksin Ə MÜSAHİBƏSİ + FOTO/VİDEO

“Əminəm ki, hansısa azərbaycanlı oğlan NBA yə doğru irəliləyir” Cerri Bleyksin Ə MÜSAHİBƏSİ + FOTO/VİDEO

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın “Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsindəki çıxışını davam etdirir. Rimas Kurtinaytisin baş məşqçisi olan klub son oyunda Fransanın “Elan Şalon” klubuna məğlub olub.

Bu görüşdə komandanın zədəli basketbolçusu Castin Tilmanı əvəz edən ABŞ-li müdafiəçi Cerri Bleyks “Sabah”da debüt edib. 31 yaşlı basketbolçu əvvəllər Avropanın güclü liqalarında, Çində çıxış edib və İsveç çempionu olub.

İdman.Biz Cerri Bleykslə onun “Sabah”dakı debütü və Azərbaycan basketbolu barədə danışıb.

- “Sabah” - “Elan Şalon” oyunu ilə bağlı fikirlərinizi bölüşün. Komanda niyə üstünlüyü sona qədər qoruya bilmədi?

- İlk növbədə, bu yaxşı oyun idi. Mənim üçün iki ay sonra ilk matç idi. Hesab edirəm ki, bizim şansımız var idi - bu oyunu qazanmalı idik. Fikrimcə, görüşün sonuna yaxın komanda bir qədər yoruldu və səhvlər bundan sonra yarandı.

- Sizcə, “Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şansı var?

- Düşünürəm ki, var. Növbəti iki oyun çox vacibdir. Biz qələbə üçün mübarizə aparacağıq və qrup mərhələsi bitdikdən sonra vəziyyətin necə formalaşacağına baxacağıq.

- “Nimburk” və “Alba”nı məğlub etmək üçün “Sabah” oyunun hansı elementlərini gücləndirməlidir?

- Ümumilikdə, oyun sistemimiz yaxşıdır: top dövr edir, hamı nə vaxt daha aqressiv olmaq lazım olduğunu bilir. Mən meydanda bütün komanda yoldaşlarımla - start heyəti, Jan-Mark Pansla, Ceymslə və digərləri ilə əla anlaşdım. Amma yenə də mən “Sabah”a yeni qoşulmuşam və komandanı daha inkişaf etdirməliyik. Mənim oyunçuları daha yaxşı tanımağım, onların isə məni daha yaxşı başa düşməsi vacibdir. Növbəti oyunlara qədər uyğunlaşmaq üçün vaxtımız var.

- Bu, Azərbaycanın ilk dəfə ziyarətinizdir. Gəlməzdən əvvəl ölkə barədə nə bilirdiniz?

- Açığı, çox məlumatım yox idi, amma Azərbaycanla tanış olduğuma və bu müsbət atmosferi hiss etdiyimə görə çox şadam. İnsanlar çox mehribandır, hava əladır, ölkə gözəldir. Mətbəx isə sadəcə möhtəşəmdir: kabab və paxlava ən sevdiyim yeməklərdir. Bura ailəmlə gəlmişəm və onların da hər şey çox xoşuna gəlir. Bakı onlara çox təsir edib, oğlum xüsusilə heyran qalıb. Şəhərin estetikası - binalar, göydələnlər, “Alov qüllələri”, ticarət mərkəzləri - hamısı möhtəşəm görünür. Bunu gözləmirdim.

Посмотреть эту публикацию в Instagram

Публикация от Ge (@geblakes4)

- “Sabah”ın təklifini qəbul etməyinizə nə təsir etdi?

- “Sabah” haqqında çox yaxşı sözlər eşitmişdim, Həssani Qravettlə tanış idim. Qərarımın əsas səbəblərindən biri Rimas Kurtinaytis kimi məşqçinin rəhbərliyi altında oynamaq və Çempionlar Liqasında çıxış etmək imkanı idi.

- “Sabah”dakı məşqlər əvvəlki komandalarla, məsələn, yaxınlarda oynadığınız Çin klubları ilə müqayisədə nə ilə fərqlənir?

- Ümumilikdə oxşardır. Bizdə yüksək səviyyəli məşq prosesi var. Rimas Kurtinaytis əsl peşəkardır, o, Litva milli komandasının məşqçisidir. Çinlə bağlı desəm, bu, mənim üçün yaxşı təcrübə idi. Orada basketbolun üslubu fərqlidir, amma müxtəlif yanaşmaları qiymətləndirməyi öyrəndim və oyundan zövq aldım.

Посмотреть эту публикацию в Instagram

Публикация от Ge (@geblakes4)

- Azərbaycan basketbol liqası haqqında nə düşünürsünüz?

- Bizim klubda yaxşı oyunçular var və liqa daha rəqabətli olur. Burada Avrokubokda və Çempionlar Liqasında oynayan komandalar var, bu da son illərdə səviyyənin yüksəlməsinə təsir edir. Əminəm ki, gələcəkdə Azərbaycan basketbolu daha da inkişaf edəcək.

- Yerli oyunçuların səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, bir gün Azərbaycan basketbolçusu NBA-yə düşə bilər?

- Məncə, mümkünsüz heç nə yoxdur. Azərbaycanda basketbolun səviyyəsi artır. Əsas məsələ liqanı inkişaf etdirmək və oyunçuları cəlb etməkdir. Bir gün hansısa azərbaycanlı basketbolçu bunu bacara bilər. Əminəm ki, hansısa azərbaycanlı oğlan artıq bunun üzərində çalışır.

Leyla Eminova

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri