Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 40 % dən çox artırıb
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 40,1 % çox - 66,4 milyon manat vəsait köçürüb.
525.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 4 aylıq ödənişin 51,6 milyon manatı özəlləşdirmə, 14,8 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 47,4 % və 19,35 % çoxdur.
Hesabat dövründə Dövlət Xidməti 14 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 324 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 123 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.
Ötən 4 ayda 1 444 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 190-ı qeyri-yaşayış, 1 254-ü isə torpaq sahələrinə aid olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 12 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















