Icma.az
close
up
RU
Emmanuel Hakman: Onlara hörmətlə yanaşsaq da...

Emmanuel Hakman: Onlara hörmətlə yanaşsaq da...

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Turan Tovuz"un müdafiəçisi Emmanuel Hakman Misli Premyer Liqasının 17-ci turunda "Sumqayıt"a qarşı keçirilən oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Qələbəni necə şərh edərdiniz?
- Çətin oyun oldu. Belə olacağını əvvəldən də bilirdik. Rəqib nə qədər güclü olsa da, məqsədimiz qələbə qazanmaq idi. Yaxşı mübarizə apardıq və lazım olan nəticəni qazandıq. Yolumuza davam edirik.
- Birinci hissədə tam üstün olsanız da, ikinci 45 dəqiqədə arxa xətdə boşluqlar verirdiniz. Müdafiədə yaşadığınız çətinliklər nədən irəli gəlir?
- Həqiqətən də oyuna çox yaxşı başladıq, üstünlük tamamilə bizim tərəfimizdə idi. İkinci hissədə rəqib fəallaşdı. Buna da normaldır. Çünki "Sumqayıt" da qələbə qazanmaq istəyirdi. Buna görə onlar böyük qüvvə ilə irəli atıldılar. Biz də oyunumuzu buna uyğun qurduq. Belə anlarda nə etməli olduğumuzu bilirik. Məncə, bacardığımızın ən yaxşısını etdik və layiqli qələbə qazandıq.
- Oyundan əvvəl klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin bazaya gəlməsi, komanda ilə görüşməsi "Sumqayıt"la matçda "Turan Tovuz"a nə dərəcədə müsbət təsir göstərdi?
- Əlbəttə ki, klub rəhbərinin bizimlə bu cür görüşü, komanda üçün böyük motivasiya idi. Sevinirəm ki, etimadı doğrultduq və ilin ilk matçından 3 xalla ayrıldıq.
- Bu qələbə sayəsində turnir cədvəlində üçüncü pilləyə yüksəldiniz. "Turan Tovuz" daha nə qədər irəli gedə bilər?
- Biz Çempionlar Liqasında oynamaq istəyirik. Bunu arzulayırıq. Başa düşürük ki, bu, heç də asan deyil. Lakin eyni zamanda, arzumuza çatacağımıza da inanırıq. Hər oyun keçdikcə, daha da yaxşılaşırıq.
- Növbəti matçınız Çempionlar Liqasının pley-off mərhələsinin bir addımlığında olan "Qarabağ"ladır. Həmin oyundan gözləntiləriniz nədir?
- Əla oyun olacaq. "Qarabağ" da çox yaxşı komandadır. Biz onlara hörmətlə yanaşsaq da, meydana qələbə üçün çıxacağıq. Necə olacağını isə zaman göstərəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 Yanvar 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri