Paşinyan hərəkətə keçdi: Bu dəfə hədəf Sərkisyandır KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Ermənistanın iri biznesmenlərindən biri olan Samvel Aleksanyanın “Megamall” Ticarət Mərkəzinin müsadirə edilməsi riski yaranıb.
KONKRET.az xəbər verir ki, 2018-ci ildən bəri Aleksanyanın siyasi neytrallığı onun böyük həcmdə əmlaka və biznesə sahib olması, eləcə də çoxlu sayda insanı işlə təmin etməsi ilə izah olunurdu.
İş adamının bütün bu aktivləri itirmək istəmədiyi bildirilirdi.
Lakin Ermənistanın Antikorrupsiya Komitəsinin apardığı araşdırmalar nəticəsində ticarət mərkəzinin özəlləşdirilməsi prosesində ciddi qanunsuzluqlar aşkarlanıb. Sərvəti və gəlirli biznesi ilə tanınan sahibkara təzyiq göstərmək məqsədilə obyektin dövlətin xeyrinə müsadirə olunacağı istisna edilmir.
Həmçinin KİV-də yayılan məlumatlara görə, bu cinayət işinin açılmasında əsas məqsədlərdən biri də Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı faktlar toplamaq ola bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 29 Oktyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















