Emoməli Rəhmonun azərbaycanlı dostu vəfat etdi
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Tanınmış azərbaycanlı mütəxəssis və texnoloq Tacikistanda dünyasını dəyişib.
Bakupost.az manset.az-a istinadla xəbər verir ki, Aftandil Əhmədov Tacikistan Respublikasının Xücənd şəhərində vəfat edib. Ailəsinin qərarı ilə mərhum yaşadığı şəhərdə dəfn olunub.
Aftandil Əhmədov Tacikistan və Özbəkistanda onlarla kabel zavodlarının baş mütəxəssis - texnoloqu vəzifəsində çalışıb.
Əslən Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonundan olan A. Əhmədov bir neçə dəfə Tacikistan prezidenti Emoməli Rəhmonun zavodların açılış mərasimlərində iştirak edib və dövlət başçısına müəssisələrin fəaliyyəti barədə məruzələr təqdim edib. Prezident isə onu özünün azərbaycanlı dostu adlandırıb.
Qeyd edək ki, Aftandil Əhmədov tanınmış texnoloqlardan biri olub. O, adıçəkilən ölkələrdə zavodların qurulması və istehsal güclərinin artırılmasında böyük xidmətlər göstərib. O, uğurlu fəaliyyətinə görə, bir çox orden və medallarla təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Sentyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















