Icma.az
close
up
RU
Əmrullayevin açıqlamaları növbəti manevri idi KONKRET

Əmrullayevin açıqlamaları növbəti manevri idi KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Elm və təhsil naziri Emin Əmrullayevin son açıqlamaları Azərbaycan təhsilində problemləri gizlətmək, ört-basdır etmək üçün növbəti manevri idi.”

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a təhsil mütəxəssisi Elşən Qafarov E.Əmrullayevin müəllimlərin iş saatı ilə bağlı rezonans doğuran təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müəllimlərin iş saatına keçid hələlik fikirdir: “Bunun nə maliyyə, nə də hüquqi əsasları var. Məsələ Nazirlər Kabinetində müzakirə olunmalıdır, qərar verilməlidir. Təhsil Nazirliyinin səlahiyyətində deyil ki,  bütün sistemdə iş rejimini dəyişsin. Biz hələ bilmirik iki ildən sonra nazir olaraq fəaliyyətini davam etdirəcək ya yox. Ölkə prezidenti bununla bağlı sərəncam verəcəkmi… Buna görə, Emin Əmrullayevin bu fikri ciddi bir fikir deyil, sadəcə, cəmiyyətdə ciddi rezonans doğurub. Bu, hazırda təhsil sistemində olan o böyük  problemlərdən cəmiyyətin, mətbuatın diqqətini yayındırmaq məqsədi güdürdü”.

Müəllimlərin daha çox təhsil və məktəblərdə olan real problemlərə köklənməyinin mühüm olduğunu qeyd edən E. Qafarov ştat vahidi sisteminə keçidin vacib olduğunu bildirib: “Azərbaycan müəllimi ştat vahidi sisteminə keçməlidir. Bu, müəllimin iş yerinə bağlılığı ilə bağlıdır. Düşünürəm ki, bizdə də gec-tez buna keçilməlidir. Hətta bu məsələdə gecikirik. Müəllimin ştat vahidinə keçməsi nə deməkdir? Bu o deməkdir ki, müəllim məktəbi öz iş yeri kimi görəcək, sadəcə, dərsini keçib getməyəcək. Yəni o, məktəbin daimi əməkdaşı kimi fəaliyyət göstərəcək. Amma proses tənzimlənməlidir. İllərlə oturuşmuş sistem var. Azərbaycan müəllimi bu gün əmək haqqından daha çox  repetitorluqla məşğul olur və bütün dolanışığını  repetitorluqla təmin edir. Xaricdə tətbiq edilən bu sistemin  Azərbaycanda icrasına ilk olaraq lisey, gimnaziyalardan başlamaq olardı”.

Ekspert təhsilin bütün pillələrində problemin olduğunu vurğulayıb: “Bütün problemlər gündən-günə böyüyüb, dərinləşir. Nə qədər ölkə təhsilini təhsildən anlayışı olmayanlar idarə edəcəklər, təhsil adamları təhsil sistemindən uzaqlaşdırılacaq, təhsilə layihə, biznes gözüylə baxılacaq hansısa bir inkişafdan danışmaq absurddur. Nazir bildirir ki, tam ştatlı müəllimlər guya sertifikasiyadan azad olunacaqlar. Bu qanunvericiliyə ziddir. Elm və təhsil nazirinin səlahiyyəti yoxdur ki, ölkə prezidentinin verdiyi sərəncamın əksinə danışsın”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Noyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri