Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

Ən ali insani keyfiyyət: xeyirxahlıq XVI YAZI

Ən ali insani keyfiyyət: xeyirxahlıq XVI YAZI

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

4 sentyabr Ümumdünya Xeyirxahlıq Günüdür

Xeyirxahlıq bu dünyada insana özünü yaxşı hiss etdirə biləcək ən böyük əməldir. Bu, əslində, insanın öz mənəviyyatına etdiyi ən böyük kapitaldır, maddi olmayan, mənəvi yatırımdır. Birinə yaxşılıq etmək, xeyir iş görmək insan mənəviyyatı üçün inanılmaz bir qidadır. Biz yeyərək maddi bədənimizi doyururuq, amma ruhi bədənimiz acanda onu yedirtmək üçün tənbəllik edirik. Halbuki, xeyirxahlıq ruhun qidasıdır, onu qidalandırmaqla özümüzə yaxşılıq edirik əslində. Bədənimiz doyanda necə rahatlıq tapırıqsa, ruhumuz doyanda da eyni rahatlığı hiss edirik. Yəni, xeyirxahlıq etmək bizi xoşbəxt edir.

Yaxşılıq etmək, başqalarına kömək etmək, xeyirxah insan olmaq sağlamlığımız üçün faydalıdır. Çünki həm yaxşılıq edən, həm yaxşılıq edilən, həm də bu yaxşılığa şahid olanlar bu prosesdə məmnunluq hissi yaşayırlar. İstər yaxşı iş gör, istər sənə yaxşılıq edilsin, istərsə də başqasına edilən yaxşılığa şahid olasan, hər üç halda beynimizdən oksitosin hormonu ifraz olunur. Bu hormon qorxu, narahatlıq və stressi azaldır, eyni zamanda sakitlik və təhlükəsizlik duyğusunu artırır. Sevgi hormonu kimi tanınan oksitosinin, qan təzyiqini aşağı saldığı, ümumi ürək sağlamlığının yaxşılaşmasına kömək etdiyi, özünə inamı artırdığı da məlumdur. Bu hormon həmçinin bədənimizdə nikbinlik və qarşılıqlı münasibətlərdə empatiya və bağlılıq hissini gücləndirir.

Həmçinin, yaxşı işlər görəndə, xeyirxahlıq edəndə beynimizdə, adətən idmandan sonra da ifraz olunan endorfin hormonu ifraz olunur və bu hormon insan bədənindəki ağrıları azaltmaq funksiyasını yerinə yetirir. Üstəlik yaxşılıq etmək orqanizmimizin ən təhlükəli reaksiyalarından biri olan stressi azaldır və dolayısı ilə stresslə bağlı yaranan xəstəliklərdən qoruyur. Yaxşlıq edən, xeyirxah işlər görən insanın orqanizmində dərhal serotonin ifraz olunmağa başlayır. Yaxşılıq etdiyimiz zaman bədənimiz sakitləşdirici effekti verən, xoşbəxtlik hormonu tanınan serotonin istehsal etməyə başlayır. Başqa sözlə desək, xeyirxahlıq etmək təkcə xoşbəxtliyi artırmır, həm də insanları depressiv vəziyyətdən çıxarır.

İnsan övladı yaranışından bu günədək xoşbəxtlik, mənəvi rahatlıq tapmağın bütün mümkün yollarını axtarıb. İbadət etmək, başqalarına yardım etmək, kimsəsizə kimsə olmaq, ehtiyaclının əlindən tutmaq kimi istəklər beləcə yaranıb. Xeyirxahlıq insanlıq əlaməti olmağa başlayandan bu günədək insan mənəviyyatı da yüksəlib. Xeyirxahlıq asılılıq yaradır insanda, bir dəfə etsinsə ömür boyu etmək istəyirsən. Çünki həmin an orqanizmdə istehsal olunan endofrin, serotonin və oksitosin hormonları bizi xoşbəxt və məmnun edir, bu məmnuniyyəti dəfələrlə yaşamaq istəyirik.

Bəzən xeyirxahlığımız başımıza bəla da olur. Biz ehtiyacı olduğunu düşündüyümüz, köməksiz olduğuna inandığımız insanlara təmənna güdmədən, qarşılıq gözləmədən kömək edirik, onlar bizdən faydalandıqları və bizi aldada bildikləri ilə öyünürlər. Biz pul kisəmizdəki sonuncu manatı onlara verəndə, kartımızdakı son pulumuzu yaxından tanımadığımız adama göndərəndə onun ehtiyacı olduğunu düşünürük, o isə bizi aldada bildiyinə sevinir.

Qəssab dükanı önündə marığa yatmış pişik kimi virtual yardım qruplarında fürsət gözləyən insanlar da istismar edir xeyirxahlığımızı. Onlar əllərinə keçən bütün imkanlardan istifadə etməklə hər ay yaxşı gəlir əldə edirlər. Mərhəmətinə yenilib son manatını paylaşılan kart hesabına göndərən insanların sayəsində ən yaxşı yerlərdə əylənir, ən bahalı əyləncə məkanlarında gəzirlər. İanə edilən pullarla bir qazinin, bir uşağın, bir ailənin köməyinə yetdiyini düşünən saf insanlar beləcə aldadılır. Aldadıldığının fərqinə varanda çətin ki bir də xeyirxahlıq etmək fikrinə düşsün. Beləcə bizi xeyir iş görməkdən iyrəndirirlər və itirdiyimiz dəyərlərin sırasına biri də qoşulur. Həqiqi ehtiyaclı insanlar da o fırıldaqçıların güdazına gedir.

Xeyirxahlıq edənlər və bundan fərqli məqsədlər güdənlər də cürbəcürdür. Öz reytinqi üçün edənlər, məşhurlaşmaq istəyənlər, yardım edib bunu öz lehinə çevirənlər, xeyirxahlığı ilə öyünənlər. Hərəsinin öz məqsədi var. Öz reytinqi üçün edən qisim xeyirxah deyil, sadəcə “like” toplamaq üçün, səhifəsinə baxış qazandırmaq üçün özünü yardımsevər kimi göstərir. Məşhurlaşmaq istəyənlər var ki, ehtiyacı olan ailələri tapıb ictimailəşdirir, onların ehtiyacını şouya çevirir və beləcə öz məşhurluğuna qovuşur. İanə toplayıb yardım edənlər var ki, xeyirxahlığı öz xeyrinə istifadə edir, özününküləşdirir. Bir qisim insan da var ki ətrafına yaxşı imic təsiri bağışlamaq üçün xeyirxahlıq edir. O xeyirxah deyil, qəlbi yaxşılıq üçün yaranmayıb, xeyir işləmək onun üçün səhnədə artistlik etmək kimi bir şeydir. Daxili xeyir olmayan insanlar xeyirxah ola bilmir, onlar publikaya oynayır.

Biz bu gün bunun nümunəsini çox görürük. Xüsusilə sosial şəbəkələr həyatımıza bu qədər pərçimləndikdən sonra insanlar hər şeyi orada yaşayır, həyatının hər anını, hər addımını orada nümayiş etdirirlər. Xeyirxahlığı şouya, yardımlaşmağı teatra döndərən insanlar üçün sosial şəbəkələr münbit platformadır. “Sağ əlin verdiyini sol əl bilməməlidir” frazası indi öz gücünü itirib, indi əlin verdiyini bütün ölkə bilməlidir ki, o əlin sahibi öz səhifəsinə “like” yığa bilsin. Xeyirxahlıq öz mahiyyətini itirib təbliğat maşınına çevrilib.

Bir də efirlərdəki “xeyirxahlıq” şouları var. Ehtiyacı olan kəsi, kəsləri, ailələri efirə çıxarıb tənqid yağışına tutduqdan, hətta təhqir etdikdən sonra ona dəstək göstərdiyini iddia edən bu layihələr əslində öz reyqinqi üçün çalışır. Çoxuşaqlı ailəni efirə çıxarıb özündən müştəbeh aparıcılar və ekspertlər kasıblıq yaşadığı halda nəsil artırmaqlarını tənqid edirlər, boyu boyda oğlu-qızı olan atanı ailəsinin və milyonlarla tamaşaçının önündə təhqir edirlər, hamilə qadını avamlıqla günahlandırırlar, planlı hamiləlik barədə danışırlar, hamiləlikdən qorunma yolları barədə məsləhətlər verirlər, ailəni yerdən-yerə vurduqdan, bütün ölkəyə tanıtdıqdan sonra “yardım” edirlər. Yardımı xalq edir, paylaşılan kart hesabına ianə göndərir insanlar. Amma sonradan adına yardım yığılan şəxslər həmin pulun hamısının onlara verilmədiyini, yığılan yardımın yarısının proqram və ya aparıcılar tərəfindən mənimsənildiyini deyirlər. Beləcə insanlarda inamsızlıq, güvənsizlik, sui-istifadə edilmə hissi yaradırlar.

Xeyirxahlıq yoluxucudur, yaxşılıq etmək pandemiya effektlidir. Yoluxun, yoluxdurun. Bizi biz edən, bizi insan edən bu dəyəri itirməyin, unutmayın. İtirilən xüsusiyyətlərə bu da əlavə edilməsin. Xeyir iş görməyin verdiyi həzz, mənəvi rahatlıq başqa heç bir işin müqabilində yaranmır. Ona görə də günü-gündən çətinləşən həyat şərtləri, maddi problemlər bizi xeyirxahlıq etməkdən uzaqlaşdırmasın. Məbləği, dəyəri, həcmi əhəmiyyətli deyil, yaxşı əməl buğda boyda olsa da xeyirxahlıqdır. Xeyirxahlıq bumeranqdır, bu gün etdiyimiz hər yardım, göstərdiyimiz hər köməklik dönəcək, dolaşacaq və yenə özümüzə qayıdıb gələcək. Bəlkə də bu gün qarşımıza çıxan yaxşılıq, hansısa xətadan sovuşmağımız, təhlükədən yaxa qurtardığımız nə zamansa etdiyimiz bir xeyirxahlığın nəticəsidir, kim bilir?!

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see280

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see184

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see141

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see135

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see130

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see129

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see128

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see127

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see125

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri