Icma.az
close
up
RU
“Qarabağ” ən ciddi problemdən necə qurtulacaq? YAZI

“Qarabağ” ən ciddi problemdən necə qurtulacaq? YAZI

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ”ın hücum xəttiylə bağlı problemlər aktuallığını qoruyur. Düzdü, “köhlən atlar”ın məhsuldarlıq baxımından çatışmazlığı yoxdu. Ona görə ki, Ağdam təmsilçisi premyer-liqada ən çox qol vuran komandadı – 36 qol! “Qarabağ”ın bu göstəricidə ən yaxın izləyicisi olan “Sabah” cəmi 24 dəfə fərqlənib. Deməli, problemlər başqa sahədə uğur qazanmağa mane olur. Daha doğrusu, avrokuboklarda.

Yarışa Avropa Liqasının əsas mərhələsində davam edən “Qarabağ” burda keçirdiyi 5 matçda 4 qol vurub. Məlum olduğu kimi, komanda yalnız “Bude/Qlimt”i məğlub edə bilib. Olavio Juninyonun yaşadığı böhrandan xəbərdarsız. Bu haqda ətraflı danışmışıq. Hətta o, “Lion”la matçda topu Elvin Cəfərquliyevin əlindən alıb penaltini özü yerinə yetirməsəydi, Avropa Liqasının yeni mövsümündə qol hesabını açmayacaqdı.
Emmanuel Addai istəklidi. Hiss olunur ki, özünü yaxşı tərəfdən göstərməyə, belə demək mümkünsə, Juninyonun taxt-tacını ələ keçirməyə çalışır. Bu baxımdan onun haqda müsbət fikirlər səsləndirmək olar. Musa Qurbanlı və Nəriman Axundzadə isə heç cür toparlana bilmir. Formada deyillər, təhlükəli vəziyyətlərdə baş rolda çıxış edə bilməmələri azmış kimi, məsuliyyəti çiyinlərinə götürməkdən çəkinirlər. Redon Cica, ümumiyyətlə “Qarabağ”ın Avropa Liqasındakı iştirak ərizəsində yer almayıb. Çox güman, qış fasiləsində komandadan ayrılacaq. Artıq Albaniya mətbuatı bu yöndə xəbərlər tirajlamağa başlayıb.
Göründüyü kimi, hadisələrin axarı “Qarabağ”ı hərəkətə keçməyə məcbur etməlidi. Juninyonun mövsümün sonunda komandanı tərk edəcəyi istisna olunmur. “Köhlən atlar” qış fasiləsində mütləq daha üst səviyyədə hücumçu(lar) ilə güclənməlidi. Yoxsa yalnız “Bayer-04” və “Braqa” kimi komandalara qarşı göstərilən möhtəşəm oyunlardan təəssüratı ilə ovunmaqdan başqa çarəmiz qalmayacaq!
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri