Ən çox alınan və ən faydasız SAKİTLƏŞDİRİCİ dərmanlar
Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.
Son aylar bütün dünyada depressiya və həyəcanın simptomlarını azaldan sakitləşdirici preparatların satışı kəskin artıb. Həkimlər bunu koronavirus pandemiyası zamanı yaşanmış uzunmüddətli stress, qeyri-müəyyənlik, narahatçılıq və qorxu ilə izah edirlər.
Rusiyalı nevroloq və reabilitoloq Kseniya Razinkina bildirib ki, bəzi belə preparatlar əslində heç bir effekt vermir.
Saglamolun.az Rusiaya KİV-lərinə istinadla bildirib ki, həkim 4 belə faydasız preparatın adını açıqlayıb – bu “Afobazol”, “Adaptol”, “Tenoten” və “Pantoqam” preparatlarıdır.
Razinkinanın sözlərinə görə, insanlar arasında populyar olan və çox alınan bu dərmanlar insana ciddi terapevtik həyəcan əleyhinə təsir etmir.
Həkim bildirib ki, əgər bu preparatlar insana həyəcanı azaltmağa, sakitləşməyə yardım edirsə, bu böyük ehtimalla plasebo effektidir və bu o deməkdir ki, insanın vəziyyətində əvvəldən heç bir çiddi problem olmayıb.
Həkim qeyd edib ki, orta və ifadə olunmuş həyəcanlı-depressiv sindromu olan insanlara bu preparatlar kömək etməyəcək.
Saglamolun.Az
Baxış sayı:44
Bu xəbər 15 Oktyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















