Icma.az
close
up
RU
“Ən çox axtarılan cinayətkar” Bakıda saxlanıldı Silsilə qətllər…

“Ən çox axtarılan cinayətkar” Bakıda saxlanıldı Silsilə qətllər…

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında Hindistanda çoxsaylı qətllər törətmiş və uzun müddətdir beynəlxalq axtarışda olan cinayətkar Rəşid Keyblvala saxlanılıb.

Turkustan.az modern.az-a istinadən xəbər verir ki, Hindistan mediasının məlumatına görə, Keyblvala İstanbul–Bakı reysi ilə Azərbaycana daxil olarkən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hazırda Hindistan xüsusi xidmət orqanları onun ekstradisiyası üçün sənədləri hazırlayır.

Məlumata görə, Rəşid Keyblvala Hindistanda “ən çox axtarılan cinayətkarlar” siyahısında yer alır. Onun saxlanılması “sənədlərindəki uyğunsuzluqlar” səbəbindən mümkün olub. Hindistan hüquq-mühafizə nümayəndələri artıq onun cinayət keçmişi və dosyesi ilə bağlı məlumatları rəsmi kanallar vasitəsilə Azərbaycana təqdim etməyə hazırlaşır.

İstintaq materiallarına əsasən, Keyblvalanın rəhbərlik etdiyi dəstə iş adamlarına hədə-qorxu gəlmə, “xərac” tələb etmə və rəqib qrupların üzvlərinin qətli ilə məşğul olub.

O, ilk dəfə 2018-ci ildə Səudiyyə Ərəbistanına qaçmağa cəhd göstərərkən tutulmuş, lakin qısa müddət sonra azadlığa buraxılmışdı.

Sonradan o, Ər-Riyadda tikiş müəssisəsi yaradaraq və Taylandda fəaliyyətini genişləndirərək cinayət yolu ilə əldə edilmiş pulları “yumağa” cəhd edib. 2019-cu ildə ona qarşı “kamikadze terrorçularla əlaqə” maddəsi üzrə cinayət işi açılmış, 2020-ci ildə yenidən saxlanılmış, lakin 2022-ci ilin əvvəlində saxta pasportla ölkədən qaçmağa nail olmuşdu.

Keyblvala Hindistanın digər məşhur cinayətkarları Həşim Baba və Lourens Bişnoy ilə yaxın əlaqələrdə ittiham olunur. Onun adı son illərdə iş adamı Nadir Şahın (2024-cü ilin sentyabrı), həmçinin Sunit Caynın (2024-cü ilin dekabrı) qətlləri ilə bağlı istintaqlarda hallanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri