Ən çox əməkdaşı olan avtomobil şirkətləri
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün robotlar, avtomat qurğular insan əməyini böyük həcmdə əvəz etsə də, hələ ki, istehsal prosesi insansız ötüşmür.
Avtosfer.az xəbər verir ki, avtomobil sənayesi böyük həcmdə işçi qüvvəsinin tələb olunduğu istehsal sahələrindəndir. "BYD" şirkətində milyondan bir qədər çox adam işləyir ki, onlardan 960 min nəfəri təxminən Çində, 60 mini xaricdədir. Tədqiqat və layihələndirmə ilə 120 min nəfər məşğuldur.
Təkcə bu il şirkət 150 min nəfəri işə götürüb. Çin şirkətində işçi sayı Toyota, GM, Ford və Tesladakı işçilərin ümumi sayından çoxdur.
"BYD"nin işçi çoxluğunun səbəbi şirkətin həm də batareya, mühərrik, yarımkeçiricilər və digər vacib komponentləri özünün istehsal etməsidir.
İşçi sayı çox olan digər avtomobil istehsalçıları bunlardır:
Volkswagen Group – 663 min nəfər,
Toyota – 391 min nəfər,
Stellantis – 259 min nəfər,
Honda - 195 min nəfər.
Vüqar
Baxış sayı:114
Bu xəbər 03 Noyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















