Icma.az
close
up
RU
Ən çox evlənən də Bakıda, ən çox boşanan da

Ən çox evlənən də Bakıda, ən çox boşanan da

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Adət-ənənələrin möhkəm olduğu, qorunduğu bölgələrdə boşanma sayı da azdır 


Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 min 953 nikah və 6 min 784 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb. Media Təhlil Mərkəzinin Dövlət Statistika Komitəsinin rəsmi məlumatı əsasında apardığı təhlilə əsasən, son iki (2023 və 2024-cü il) ildə ölkədə nikahların sayında azalma tendensiyası davam edir. Daha dəqiq desək, 2024-cü ildə Azərbaycanda nikahların sayı əvvəlki ilin göstəricilərinə nisbətən 8,7 faiz və ya 4 692 azalaraq 49 508-ə düşüb. 

Aparılan təhlil zamanı məlum olub ki, 2020-2024-cü illərdə nikaha daxilolma ilə əlaqədar ən yüksək göstəricisi 2022-ci ildə qeydə alınıb və həmin il bu rəqəm 61 939 olub. Ən aşağı rəqəm 2020-ci ildə müşahidə edilib və bu rəqəm 35 348 təşkil edib. Xatırladaq ki, 2020-ci ildə nikah sayının azlığı “COVID-19” pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə bağlı olub.


İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında nikah və boşanmalarla bağlı statistik göstəriciləri şərh etdi: 

- Göründüyü kimi, 2024-cü ildə nikahların sayı ilə yanaşı, boşanmaların sayında da azalma qeydə alınıb. Rəsmi rəqəmlərə əsasən, ötən il boşanmaların sayı 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,4 faiz və ya 304 hal azalaraq 21 384-ə düşüb. Nikahların boşanmalara nisbətini müqayisə etsək, ən mənfi göstərici 2024-cü ildə qeydə alınıb. Ötən il bu nisbət 2,32 təşkil edib ki, bu da son illər nikah və boşanma tendensiyalarında baş verən dəyişiklikləri əks etdirir. Ən müsbət göstərici isə 2022-ci ildə qeydə alınıb və həmin il bu əmsal 3,88 olub. Əmsalın kiçik olması nikah və boşanma saylarının bir-birinə daha yaxın olmasını ifadə edir və bu, ailə institutunun möhkəmliyi baxımından mənfi göstərici hesab olunur. Daha yüksək əmsal nikahların boşanmalara nisbətən daha çox olduğunu göstərir və bu, müsbət hal sayılır.

Bölgələr üzrə nikah sayında xüsusi bir dəyişiklik yoxdur. Yenə də əhali sayına görə paytaxt Bakı, paytaxtdan sonra böyük şəhərlər hesab edilən Sumqayıt və Gəncə ikinci, üçüncü yerləri bölüşdürür. Paytaxt Bakının böyük fərqlə ilk sırada yer aldığını görərik. 2024-cü ildə Bakı şəhərində 11 638 nikah qeydə alınıb və bu da paytaxtda əhali sayının digər bölgələrə nisbətən çox olması ilə əlaqədardır. Əhali sayına görə, ikinci sırada Sumqayıt şəhəri yer alıb. Ötən il Sumqayıtda 1533 nikah qeydə alınıb. Gəncə şəhəri əhalisinin sayına görə üçüncü yerdə qərarlaşıb. 2024-cü ildə burada qeydə alınan nikahların sayı 1303-ə bərabər olub. Ötən il ən az nikah Xankəndidə (15) və Ağdərə rayonunda (21) qeydə alınıb. Uzun müddət işğal altında olan, sosial və infrastruktur sahələrində hələ də bərpa işləri aparılan bu ərazilərdə əhalinin artımı və nikah hadisələrinin sayının nisbətən az olması anlaşılandır. Əhali sayına görə ilk 3 sırada yer alan Bakı, Sumqayıt və Gəncə şəhəri boşanma sayına görə də eyni pillələri bölüşür. 2024-cü ildə paytaxt ərazisində 6 673, Sumqayıt şəhərində 916, Gəncədə isə 886 boşanma hadisəsi qeydə alınıb. Nikah sayında olduğu kimi boşanma sayında da son pillələri Xankəndi şəhəri və Ağdərə rayonu yer alıb. Ötən il Xankəndidə 11 boşanma, Ağdərə rayonunda isə 16 boşanma qeydə alınıb. Bölgələr üzrə nikahların boşanmalara olan nisbətinə baxdıqda, ən müsbət nəticə Yardımlı rayonuna aiddir. Ötən il Yardımlı rayonunda bu əmsal 5,63 olub. Bu, boşanma sayına görə ən kiçik göstəricidir. Nikahların boşanmalara nisbətən çox olduğunu və ailə münasibətlərinin daha sabit olduğunu göstərir. Bununla yanaşı müsbət nəticə Lerik, Qobustan, Cəlilabad və Zərdab rayonlarında da qeydə alınıb. Sözügedən bölgələrdə nikahların sayının boşanmalara nisbətən daha çox olması, ailə institutunun möhkəmliyini sübut edir. Tədqiqat göstərir ki, şəhər statusunda olan bölgələrin əsasən daha aşağı və ya mənfi nəticə göstərdiyini görə bilərik. Şəhər əhalisinin ailə münasibətlərinə daha fərqli yanaşması mövcuddur, rayon əhalisi isə ailə dəyərlərinə hələ də daha çox əhəmiyyət, önəm verir, adət-ənənəyə sadiqlik var. Şəhər əhalisinin daha çox fərdi azadlıq, karyera və sosial mövqeyə yönələn düşüncələrə malik olması nikah və boşanma saylarına da təsirsiz ötüşmür. Buradan belə nəticəyə gəlinir ki, nikaha daxilolma və boşanma sayı əhali sayına görə dəyişir. Məskunlaşmanın sıx olduğu yaşayış məskənlərində nikaha daxiloma göstəricisi də yüksəkdir, boşanma sayı da. Eləcə də adət-ənənələrin möhkəm olduğu, qorunduğu bölgələrdə boşanma sayı da azdır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2025 07:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri