Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Azərbaycanda “COVİD əfvi” tətbiq oluna bilər DEPUTAT

Azərbaycanda “COVİD əfvi” tətbiq oluna bilər DEPUTAT

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə parlamentində koronavirus pandemiyası (COVID) dövründə tətbiq edilən cəzaların bir qisminə əfv edilməsi ilə bağlı qanun layihəsi müzakirə edilir.

“COVİD əfvi” kimi tanınan təşəbbüsün 50-55 min nəfəri əhatə edəcəyi bildirilir.

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində pandemiya dövründə verilmiş inzibati cərimələrə, həmçinin digər cəzalalara yenidən baxılması artıq praktika halını alıb. Bəzi cərimələrin silinməsi, hətta ödənilmiş məbləğlərin qismən qaytarılması ilə bağlı qərarlar qəbul olunub.

Bu xüsusda Azərbaycanda da mövcud beynəlxalq təcrübə və cəmiyyətin sosial rifahı nəzərə alınmaqla oxşar mexanizmlərin müzakirəyə çıxarılması məsələsi aktuallaşır.

Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov da bildirib ki, “COVİD əfvi” kimi tanınan mexanizmlər artıq bir sıra ölkələrdə tətbiq olunur. Onun sözlərinə görə, Rusiya, Gürcüstan, Sloveniya, Serbiya və digər ölkələrdə pandemiya dövründə verilmiş cərimələrə müxtəlif formalarda yenidən baxılması praktikasına rast gəlinir:

“Bu proses total əfv deyil, daha çox konkret situasiyalara əsaslanan fərdi və ya qismən tətbiq olunan addımlar şəklində reallaşıb. Maska taxmamaqdan tutmuş, təcrid qaydalarını pozmağa və ya kütləvi tədbirlər təşkil edən hüquqi şəxslərə qədər müxtəlif səbəblərlə verilmiş cərimələr ayrı-ayrılıqda qiymətləndirilib. Bəzi ölkələrdə bu cərimələrdən tam azadolunma və ya ödənilmiş məbləğlərin geri qaytarılması hallarına rast gəlinir.

Türkiyədə də oxşar təşəbbüslər əvvəllər gündəmə gəlsə də, hazırkı paket bir qədər geniş kütləni təxminən 50-55 min şəxsi əhatə edir. Gürcüstanda iki minə yaxın insan cərimələrdən azad olunub, Rusiyada isə bu rəqəm bu və digər ölkələrdə müqayisədə daha yüksək olub. Avropa ölkələrində də pandemiya dövründə verilmiş inzibati qərarların sosial təsirləri nəzərə alınaraq müxtəlif yanaşmalar tətbiq edilib”.

Deputat vurğulayıb ki, Azərbaycanda həmin dövrdə cərimələr əsasən maska taxmamaq, toyların keçirilməsi, kütləvi tədbirlərə qadağaların pozulması və digər hallarla bağlı tətbiq edilirdi:

“Hətta bəzi hüquqi şəxslər də qaydaları pozduğuna görə məsuliyyətə cəlb olunub.

Məsələnin Milli Məclisdə qaldırılması halında İnsan hüquqları komitəsinin üzvü olaraq beynəlxalq təcrübəyə istinad etməklə öz fikirlərimi söyləyə bilərəm. Bunun üçün mövzuya dair rəsmi müraciət daxil olması da vacib şərtlərdən biridir. Eyni zamanda nəzərə alınmalıdır ki, ölkədə karantin rejimi hüquqi olaraq hələ də qüvvədədir və müəyyən məhdudiyyətlər, xüsusilə quru sərhədlərində gediş-gəlişlə bağlı tətbiq olunmaqda davam edir. Məhdiyyətlər qaydaları şərtləndirir, bunlara əməl olunmadığı təqdirdə də inzibati məsuliyyət yaradan bir hal alır”.

A.Allahverənov onu da əlavə edib ki, bununla belə, sözügedən məsələ bilavasitə insanların sosial rifahı və maddi vəziyyəti ilə bağlıdır:

“İstənilən halda düşünürəm ki, məsələyə həmin aspektdən yanaşmaq və onun geniş müzakirəyə ehtiyacı olduğunu qeyd etmək lazımdır. Necə ki, Türkiyənin Milli Məclisində bu mövzu təklif kimi səsləndirilirsə, deməli, yenə də müzakirə olunması gərəkən bir məsələdir. Yəni təklifin səsləndirilməsi onun dərhal qəbul edilməsi demək deyil”.

Deputat, həmçinin digər aidiyyəti strukturların da bununla bağlı öz fikirlərini bildirməsinə diqqət çəkib:

“Biz insanların sosial rifahına nə qədər diqqət yetiririksə, onların təhlükəsizliyinə də eyni dərəcədə önəm veririk. Bu isə həmin təhlükəsizlik sisteminin elementlərindən biridir.

Bütün məsələlər kompleks şəkildə nəzərdən keçirilməli, aidiyyəti strukturların rəyləri də nəzərə alınmaqla müəyyən qərarlar qəbul edilməlidir. Amma qeyd etdiyim kimi, bu total şəkildə deyil, daha çox situasiyaya və şərtlərə görə dəyişə bilən bir qərardır. Hər bir halda, “COVID əfvi”nin müzakirə olunması gərəkən bir məsələ olduğunu düşünürəm”,- deyə A.Allahverənov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri