Icma.az
close
up
RU
Büdrəməyən komanda qalmadı

Büdrəməyən komanda qalmadı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 27-də Avropa Liqasının (AL) əsas mərhələsində 5-ci turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki cümə axşamı növbəti 18 oyunun həyəcanı yaşandı.
AL-in yeni mövsümünün ilk 4 turunda maksimum nəticə göstərən və vahid liderliyə nail olan “Midtüllann”ı dayandıran tapıldı. Liqa mərhələsində ardıcıl 4 qələbə qazanan Danimarka klubu İtaliya paytaxtında büdrədi. Yerli “Roma” ilk 4 oyunda hesabına 6 xal yaza bilmişdi. Hazırda A seriyasında lider olan Can Pyero Qasperininin komandasının “Midtüllann”ı evə əliboş yola salması bu mərhələni mümkün qədər yüksək pillələrdə başa vurmaq şansı baxımından vacib sayılırdı.
“Canavarlar” matça Əl-Aynauinin müəllifi olduğu erkən qolla başlamaqla planlarını bir qədər yüngülləşdirdilər. Ümumiyyətlə, romalılar ilk hissədə oyuna nəzarət etsələr də, fərqi artıra bilmədilər. Fasilədən sonra da təşəbbüs böyük ölçüdə meydan sahiblərində oldu və Əl-Şaaravi 83-cü dəqiqədə fərqi artırdı. Az sonra qonaq komanda təsəlli qolunu vurdu və 1:2 hesabıyla uduzan “Midtüllann” liderdən şərikli liderə çevrilməklə 2-ci pilləyə düşdü.
Tura hərəyə 10 xal toplamaqla 2-3-cü yerləri bölüşməklə başlayan hər iki komanda büdrədi. “Frayburq” Çexiyada “Viktoriya” ilə qolsuz, “Ferentsvaroş” isə Türkiyədə “Fənərbaxça” ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. Nəticədə turnir cədvəlində üçhakimiyyətlilik yarandı. “Makkabi”nin (Təl-Əviv) qapısından 6 cavabsız top keçirən “Lion” topların daha yaxşı fərqinə əsasən 1-ci yerə yüksəldi. “Yanq Boyz”u 2:1 hesabıyla məğlub edən “Aston Villa” da xalını 12-yə çatdırdı. İngiltərə təmsilçisi şərikli liderlərin sırasında 3-cü yeri tutur.
5-ci turda qeydə alınan bir sıra maraqlı faktları da nəzərinizə çatdıraq. “Lill” evdə Zaqreb “Dinamo”sunu 4:0 hesabıyla məğlub etdi. Yarımmüdafiəçi Mukau Fransa klubunun AL-dəki 200-cü qolunun müəllifi oldu. “Şimallı itlər”in təcrübəli hücumçusu Jiru isə AL-də 100-cü oyununu keçirdi.
“Feyenoord” – “Seltik” matçının nəticəsi maraqlı alındı. 1:3 hesabıyla uduzan Niderland klubu bütün turnirləri nəzərə almaqla son 10 ildə ilk dəfə ardıcıl 4-cü dəfə məğlub oldu. Nəhayət, “Seltik” avrokuboklarda rəqib meydanlarında 15 oyunluq qələbəsiz (5 heç-heçə, 10 məğlubiyyət) seriyaya son qoydu.
Şotlandiyanın digər nəhəngi “Reyncers” də uğursuz gedişi dayandırdı. İlk 4 oyunda uduzan qlazqolular evdə “Braqa”dan bir xal (1:1) almaqla cədvəlin sonuncu pilləsindən qurtuldular. Ona görə ki, “Portu” öz meydanında “Nitsa”nı 3:0 hesabıyla üstələdi. Hələ də xalı olmayan “Nitsa” turnir cədvəlində sonuncu - 36-cı yerə düşdü. Qeyd edək ki, komandanı çalışdıran Frank Hayz AL-dəki 15 sınağında bir dəfə də qələbə qazana bilməyib. “Nitsa” ilə yalnız 4 oyunda uduzmayan 54 yaşlı fransalı mütəxəssis belə uğursuz seriya ilə turnirdəki antirekordunu yenilədi.
5-ci turun bir oyununda qol qeydə alınmadığını yuxarıda qeyd etdik: “Viktoriya” (Plzen) – “Frayburq” matçı başladığı hesabla bitdi. Xatırladaq ki, bu mövsüm liqa mərhələsində 6 matçda qapılara qol vurulmayıb.
liqa mərhələsi, 5-ci tur
Roma (İtaliya) - Midtüllann (Danimarka) 2:1

Əl-Aynaui, 7. Əl-Şaaravi, 83 – Paulinyo, 86.
Roma: Svilar, Qilardi, Mançini, Ndika, Çelik (Simikas, 78), Əl-Aynaui, Kone (Kristante, 27), Uesli Fransa, Sule (E.Ferqyuson, 61), Pelleqrini (Əl-Şaaravi, 61), Dibala (Beyli, 78).
Midtüllann: E.Olafsson, Mbabu, Diao, Erliç, Bek, Yensen (Paulinyo, 67), Kastilyo (Andreasen, 60), Bravo (Brumado, 60), Billinq, Cu (Şimşir, 75), Qorqoja (Osorio, 46).
Makkabi (Təl-Əviv, İsrail) - Lion (Fransa) 0:6
Abner Vinisius, 4. Tolisso, 25; 51; 54. Nyakate, 35-p. Karabets, 62.
Lion: Deşam, Meytlend-Nayls (Qonsalves, 69), Tessman, Nyakate, Talyafiko, De Karvalyo, Morton, Tolisso (Mera, 57), Şults (Karabets, 57), Satriano (Rodriges, 77), Abner Vinisius (Barişiç, 69).
Aston Villa (İngiltərə) - Yanq Boyz (İsveçrə) 2:1
Malen, 27; 42 Monteyro, 90.
Aston Villa: E.Martines, Lindelöf, Pau Torres (Konsa, 60), Maatsen, Sanço, Onana (Kamara, 79), Boqard, Tilemans (Uotkins, 60), Qessan, Malen (Barkli, 60), Rocers (Buendiya, 60).
Viktoriya (Plzen, Çexiya) - Frayburq (Almaniya) 0:0
Frayburq: Atubolu, Ginter, Linxart, Kübler, Günter (Troy, 83), Eqqeştayn (Höfler, 89), Österhaqe, Beste, Sudzuki (Manzambi, 69), Qrifo (Şerhant, 61), Adamu (Matanoviç, 46).
Betis (İspaniya) - Utrext (Niderland) 2:1
Ernandes, 42. Ezzalzuli, 50 - Rodriges, 55.
Betis: Valyes, Ortis, Lyorente, Natan, Rodriges, Altimira, İsko (Deossa, 10), Amrabat (Fornals, 15), Antoni, Ernandes (Avila, 82), Ezzalzuli (Pablo Qarsiya, 82).
Ludoqorets (Bolqarıstan) - Selta (İspaniya) 3:2
Staniç, 11-p.; 49; 63-p. - P.Duran, 70. Əl-Abdellaui, 90+6.
Selta: Vilyar, Fernandes, Laqo (Starfelt, 67), Ristiç, Minqesa, D.Rodriges (Roman, 46), Moriba, Kadilya (Saraqosa, 58), Cutqla (P.Duran, 46), İqlesias (Aspas, 58), Əl-Abdellaui.
Lill (Fransa) - Dinamo (Xorvatiya) 4:0
Korreya, 31. Mukau, 36. İqman, 69. Andre, 86.
Lill: Özər, Pyerro (Tyaqo Santuş, 78), Menye, Nqoy, Mandi, Korreya (Saxraui, 71), Andre, Bentaleb (Mbappe, 70), Mukau, Haraldsson (Fernandes-Pardo, 80), İqman (Jiru, 70).
Qou Ehed İqls (Niderland) - Ştutqart (Almaniya) 0:4
Levelinq, 20; 35. Əl-Hannus, 59. Buanani, 90+3.
Ştutqart: Nübel, Yeltş, Şabo, R.Hendriks (Jak, 68), Mittelştadt, Karazor, Ştiller (Hartey, 79), Assinyon, Əl-Hannus (Fürix, 68), Levelinq (Yovanoviç, 88), Undav (Buanani, 79).
Nottingem Forest (İngiltərə) - Malmö (İsveç) 3:0
Yeyts, 27. Kalimuendo, 44. Milenkoviç, 59.
Nottingem Forest: Viktor, Murillo, Morato, Milenkoviç (N.Uilyams, 74), Ebbott, Yeyts, Dominges (Ndoy, 66), İ.Sanqare (Anderson, 66), Makeyti (Sinkler, 84), Kalimuendo (İqor Jezus, 66), Hadson-Odoi.
Bolonya (İtaliya) - Zaltsburq (Avstriya) 4:1
Odqor, 26. Dallinqa, 51. Bernardeski, 53. Orsolini, 86 - Vertessen, 33.
Bolonya: Ravalya, Zortea, Heggem (Vitik, 69), Lukumi, Miranda, Pobeqa (Moro, 75), L.Ferqyuson, Orsolini, Odqor (Fabbian, 69), Bernardeski (Dominges, 69), Dallinqa (Kastro (81).
Portu (Portuqaliya) - Nitsa (Fransa) 3:0
Veyqa, 1; 33. Omorodion, 61-p.
PAOK (Yunanıstan) - Brann (Norveç) 1:1
İvanuşets, 63 - Kornviq, 89.
Fənərbaxça (Türkiyə) - Ferentsvaroş (Macarıstan) 1:1
Talişka, 69 - Varqa, 66.
Feyenoord (Niderland) - Seltik (Şotlandiya) 1:3
Ueda, 11 – Yan Hen Çjun, 31. Hatate, 43. Nüqren, 82.
Srvena Zvezda (Serbiya) - FKSB (Rumıniya) 1:0
Bruno Duarte, 50.
Genk (Belçika) - Bazel (İsveçrə) 2:1
O Hyon Qyu, 14. Karetsas, 45+2 – Otele, 57.
Panatinaikos (Yunanıstan) - Şturm (Avstriya) 2:1
Sviderski, 18. Kalabriya, 74 – Kiteişvili, 34.
Reyncers (Şotlandiya) - Braqa (Portuqaliya) 1:1
Tavernye, 45+3-p. – Martines, 69.
1. Lion 5 4 0 1 11-2 12
2. Midtüllann 5 4 0 1 12-5 12
3. Aston Villa 5 4 0 1 8-3 12
4. Frayburq 5 3 2 0 8-3 11
5. Betis 5 3 2 0 8-3 11
6. Ferentsvaroş 5 3 2 0 9-5 11
7. Braqa 5 3 1 1 9-5 10
8. Portu 5 3 1 1 7-4 10
9. Genk 5 3 1 1 7-5 10
10. Selta 5 3 0 2 11-7 9
11. Lill 5 3 0 2 10-6 9
12. Ştutqart 5 3 0 2 8-4 9
13. Viktoriya P 5 2 3 0 6-2 9
14. Panatinaikos 5 3 0 2 9-7 9
15. Roma 5 3 0 2 7-5 9
16. Nottingem Forest 5 2 2 1 9-5 8
17. PAOK 5 2 2 1 10-7 8
18. Bolonya 5 2 2 1 7-4 8
19. Brann 5 2 2 1 6-3 8
20. Fənərbaxça 5 2 2 1 5-5 8
21. Seltik 5 2 1 2 7-8 7
22. Srvena Zvezda 5 2 1 2 4-5 7
23. Dinamo 5 2 1 2 7-10 7
24. Bazel 5 2 0 3 7-7 6
25. Ludoqorets 5 2 0 3 8-11 6
26. Yanq Boyz 5 2 0 3 7-12 6
27. Qou Ehed İqls 5 2 0 3 4-9 6
28. Şturm 5 1 1 3 4-7 4
29. Zaltsburq 5 1 0 4 5-10 3
30. Feyenoord 5 1 0 4 4-9 3
31. FKSB 5 1 0 4 3-8 3
32. Utrext 5 0 1 4 2-7 1
33. Reyncers 5 0 1 4 2-9 1
34. Malmö 5 0 1 4 2-10 1
35. Makkabi T-Ə 5 0 1 4 1-14 1
36. Nitsa 5 0 0 5 4-12 0
Bombardirlər: Staniç (Ludoqorets) – 5, İqman (Lill), Sviderski (Panatinaikos), Tolisso (Lion) – 4.
Növbəti turun oyunları dekabrın 11-də keçiriləcək: Yanq Boyz – Lill, Midtüllann – Genk, Utrext – Nottingem Forest, Ferentsvaroş – Reyncers, Dinamo – Betis, Nitsa – Braqa, Ludoqorets – PAOK, Şturm – Srvena Zvezda, Ştutqart - Makkabi T-Ə, Seltik – Roma, Portu – Malmö, Bazel – Aston Villa, FKSB – Feyenoord, Lion – Qou Ehed İqls, Panatinaikos - Viktoriya P, Selta – Bolonya, Frayburq – Zaltsburq, Brann - Fənərbaxça.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri