Ən çox itki verən Rusiya bölgələri: Tatarıstan və Başqırdıstan “lider”dir
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyalı müxalifət jurnalistləri Ukraynaya qarşı müharibədə həlak olan 100 mindən çox rus əsgərinin adlarını açıqlayıblar . Tribunainfo.az xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılmış ölümlərlə bağlı nekroloqların əsasında toplanıb.
“Mediazona” layihəsi və BBC Rus Xidmətinin birgə apardığı araşdırma nəticəsində isə bu rəqəmin ən azı 2-2.5 dəfə çox olacağı qənaətinə gəlinib. Bunun səbəbi kimi isə Rusiya tərəfinin bir çox itkilər barədə ölənlərin yaxınlarına məlumat verməməsi, onları “itkin” kimi qeydə almasıdır.
Məlumatda deyilir ki, müəyyən edilmiş mövcud siyahıda ölənlər arasında 4800 rus zabitini adı keçir.
Ən çox itki verən Rusiya bölgəsi isə Tatarıstan və Başqırdıstandır. Məlumatda deyilir ki, Tatarıstan sakinləri arasında müharibədə ölənlərin sayı 4.3 min nəfərə çatıb. Başqırdıstanda isə bu rəqəm 4.4 min nəfəri keçmək üzrədir.
Bundan başqa, o da müəyyən olunub ki, ölənlərin 24% “könüllülər”, 16%-i həbsxanalardan formalaşdırılmış dəstələrin üzvləri, 11%-i isə səfərbərlik yolu ilə hərbi xidmətə çağırlanlardır.

