Icma.az
close
up
RU
Ən çox mal alıbsatdığımız ölkələr

Ən çox mal alıbsatdığımız ölkələr

Icma.az bildirir, Avtosfer portalına istinadən.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal olunub.

Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 38412,7 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 21776,3 milyon dollarını və ya 56,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 16636,4 milyon dollarını (43,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.

Nəticədə 5139,9 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 100,0 faiz təşkil edib, real ifadədə isə 3,9 faiz, o cümlədən idxal 0,4 faiz, ixrac 5,9 faiz azalıb. 2024-cü ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2807,5 milyon dollar təşkil edib və 2023-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 3,5 faiz artıb, real ifadədə isə 9,1 faiz azalıb.

Ölkənin xarici ticarət dövriyyəsinin 24,3 faizi İtaliya, 13,1 faizi Türkiyə, 10,0 faizi Rusiya, 7,7 faizi Çin, 3,3 faizi Almaniya, hər biri 2,6 faiz olmaqla ABŞ və Avstraliya, 2,4 faizi Çexiya, 2,3 faizi Hindistan, 2,2 faizi Xorvatiya, 1,9 faizi İsrail, 1,7 faizi Gürcüstan, hər biri 1,6 faiz olmaqla Portuqaliya və Birləşmiş Krallıq, 1,5 faizi Bolqarıstan, hər biri 1,3 faiz olmaqla İran və Yunanıstan, 1,1 faizi Rumıniya, hər biri 1,0 faiz olmaqla Belarus, Qazaxıstan, İsveçrə və Ukrayna, hər biri 0,9 faiz olmaqla Yaponiya və Türkmənistan, 11,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 40,1 faizini İtaliyaya, 14,2 faizini Türkiyəyə, 4,3 faizini Rusiyaya, 4,0 faizini Çexiyaya, 3,7 faizini Xorvatiyaya, hər biri 3,2 faiz olmaqla Hindistan və İsrailə, 2,8 faizini Portuqaliyaya, 2,7 faizini Almaniyaya, 2,5 faizini Gürcüstana, 2,4 faizini Bolqarıstana, 2,1 faizini Yunanıstana, 1,8 faizini Birləşmiş Krallığa, 1,7 faizini Rumıniyaya, 1,2 faizini Tunisə, 1,0 faizini Tailanda, hər biri 0,7 faiz olmaqla İsveçrə, Serbiya, İspaniya və İndoneziyaya, hər biri 0,6 faiz olmaqla Ukrayna və Niderlanda, 5,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,1 faiz), Türkiyəyə (17,0 faiz), Gürcüstana (8,3 faiz), İsveçrəyə (6,0 faiz), ABŞ-a (4,2 faiz), Qazaxıstana (3,8 faiz), Ukraynaya (3,2 faiz), Türkmənistana (2,5 faiz), Omana (2,3 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), Niderlanda (1,2 faiz), İtaliyaya (1,2 faiz), Rumıniyaya (1,1 faiz), Özbəkistana (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,0 faizi Çin, 17,9 faizi Rusiya, 11,5 faizi Türkiyə, 6,2 faizi Avstraliya, 5,5 faizi ABŞ, 4,1 faizi Almaniya, 3,1 faizi İran, 2,7 faizi İtaliya, 2,2 faizi Belarus, 2,1 faizi Yaponiya, 2,0 faizi Koreya, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Türkmənistan, hər biri 1,4 faiz olmaqla Ukrayna və İsveçrə, 1,3 faizi Birləşmiş Krallıq, 1,2 faizi Fransa, 1,1 faizi Hindistan, hər biri 1,0 faiz olmaqla Özbəkistan və Kanada, 0,9 faizi Braziliya, 0,8 faizi İspaniya, 11,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 0,5 faiz, təzə tərəvəz – 2,4 faiz, şəkər – 62,9 faiz, tütün – 3,5 dəfə, meyvə və tərəvəz konservləri – 13,4 faiz, bitki yağları – 61,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 68,9 faiz, çay – 6,2 faiz, pambıq lifi – 98,1 faiz, mineral gübrələr – 76,3 faiz, pambıq ipliyi – 4,6 faiz, bentonit gili – 28,9 faiz artıb, kartof ixracı isə 32,0 faiz, meyvə və tərəvəz şirələri – 2,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 42,3 faiz, polipropilen – 21,4 faiz, polietilen – 17,0 faiz, elektrik enerjisi – 49,2 faiz, emal olunmamış alüminium – 16,8 faiz, sement klinkerləri – 1,2 faiz, qara metallardan çubuqlar – 0,7 faiz, qara metallardan borular – 8,6 faiz azalıb. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-oktyabr aylarında bitki yağları idxalı 15,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 85,3 faiz, təzə meyvə – 25,8 faiz, unlu qənnadı məmulatları – 12,3 faiz, şokolad və şokolad məhsulları – 14,5 faiz, çay – 9,2 faiz, quş əti və onun əlavə məhsulları – 38,3 faiz, mal əti – 56,5 faiz, təzə tərəvəz – 59,7 faiz, hesablama maşınları, blok və qurğuları – 25,1 faiz, yük avtomobilləri – 22,3 faiz, mebellər – 44,3 faiz, sintetik yuyucu vasitələr – 7,1 faiz, məişət kondisionerləri – 42,7 faiz, qara metallardan çubuqlar – 57,9 faiz, mineral gübrələr – 17,5 faiz, paltaryuyan maşınlar – 3,5 faiz, avtobuslar – 3,2 dəfə, polipropilen – 22,8 faiz, sement – 7,2 faiz artıb, xam şəkər idxalı isə 2,0 faiz, kartof – 21,7 faiz, siqaretlər – 71,7 faiz, minik avtomobilləri – 10,8 faiz, dərman vasitələri – 26,5 faiz, polad prokatı – 9,0 faiz, qara metallardan borular – 7,5 faiz, rezin şinlər – 8,1 faiz, polietilen – 8,3 faiz, qara metallardan künclüklər – 7,5 faiz, məişət soyuducuları – 7,0 faiz azalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see381

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see295

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see283

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see278

Prezidentin Almaniya səfəri ilə bağlı Video

21 İyul 2026 20:13see185

Finalın əsl qazananları onlar oldu Fotolar

22 İyul 2026 03:36see185

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see185

Nevroloqdan baş ağrısı ilə bağlı xəbərdarlıq Bu simptomlar varsa...

21 İyul 2026 22:38see182

Bakı və İrəvanın məqsədyönlü sanksiyaları, yoxsa...

21 İyul 2026 18:01see181

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see180

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see173

İsrailə təzyiq göstərəcəyik! Trampdan ŞOK BƏYANAT

22 İyul 2026 01:19see172

Dambrauskas: “Taktiki cəhətdən komandamdan razıyam”

21 İyul 2026 22:39see171

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see167

Azərbaycan mətbuatı 151 yaşında!

22 İyul 2026 00:48see166

Bu ölkədə 3 nəfər hantavirusdan ölüb

22 İyul 2026 03:20see162

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see157

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see154

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see152

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri