Icma.az
close
up
RU
Ən çox məhsul satdığımız ölkələr SİYAHI

Ən çox məhsul satdığımız ölkələr SİYAHI

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

2026-cı ilin yanvar-mart aylarında Rusiya Federasiyasına 211.6 milyon ABŞ dolları, Türkiyəyə 139.9 milyon ABŞ dolları, Gürcüstana 120.7 milyon ABŞ dolları, İsveçrəyə 103.4 milyon ABŞ dolları, Ukraynaya isə 42.7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə aprel sayında öz əksini tapıb.
 

Məlumata görə, 2026-cı ilin mart ayında Rusiya Federasiyasına 62.5 milyon ABŞ dolları, Türkiyəyə 56.5 milyon ABŞ dolları, Gürcüstana 43.5 milyon ABŞ dolları, İsveçrəyə 35.7 milyon ABŞ dolları, Ukrayna 13.7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2026-cı ilin yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "AGRARCO" MMC, "Baku Steel Company" QSC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:
"AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.
 

2026-cı ilin yanvar - mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 32 ölkəsindən olan 90-a yaxın şirkətə 4.1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edib.


“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 64%-ni təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1.1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 809.1 min ABŞ dolları ilə Lüksemburq, 271.1 min ABŞ dolları ilə Türkiyə, 261.1 min ABŞ dolları ilə Pakistan, 187.2 min ABŞ dolları ilə İsveç qərarlaşıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Aprel 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri