Ən çox nifrət edilən futbolçu kimdir? İspan İrqçilik və Ksenofobiya Observatoriyası hesabat dərc etdi
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Oberaxe" ("Observatorio Español del Racismo y la Xenofobia" - İspan İrqçilik və Ksenofobiya Observatoriyası) İspaniya sosial media platformalarında futbol dünyasına yönəlmiş nifrət dolu çıxışları araşdırıb və bununla bağlı əhatəli hesabat dərc edib. Hesabatda oyunçulara və klublara yönəlmiş irqçilik reytinqi məlum olub.
Moderator.az-ın xəbərinə görə, hesabat "AS" qəzetində yayımlanıb.
Hesabata görə, Lamin Yamal ölkədə ən çox nifrət məzmunlu təhqirlərə məruz qalan futbolçu olub.
Beləliklə, oyunçulara qarşı nifrət nisbətləri aşağıdakı kimi sıralanıb:
Lamin Yamal - 60%;
Vinicius Jr - 29%;
Mbappe - 3%;
Niko və İnaki Uilyams, Balde, Brahim - 2%.
"Oberaxe"nin direktoru Tomas Fernandes xüsusilə Laminə qarşı irqçi və ksenofob ifadələrin tez-tez istifadə edildiyini vurğulayıb və bu nifrətin futboldan daha çox sosial problemləri əks etdirdiyini qeyd edib.
Sosial mediada barələrində ən çox nifrət dolu ifadələrin səsləndirildiyi klublar isə aşağıdakı kimi sıralanıb:
"Real Madrid" - 34%;
"Barselona" - 32%;
"Real Valyadolid" - 17%.
Həmçinin "Valensiya" (8%), "Atletik" (6%), "Real Sosyedad" (5%) və "Atletiko Madrid" (4%) də siyahıda yer alıblar.
Hesabatda bildirilib ki, xüsusilə El-Klasiko kimi böyük matçlarda nifrət məzmunlu paylaşımların sayı artıb və irqçi ifadələrə daha tez-tez gəlinməyə başlayıb.
Tomas Fernandes bu nifrət ifadələrinin gənclərə mənfi təsir etdiyini və rəqəmsal mühitdə başlayan düşmənçiliyin real həyatda da zorakılığa çevrilmə riski daşıdığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















