Icma.az
close
up
RU
Ən çox üstünlük verilən ixtisaslar hansılardır?

Ən çox üstünlük verilən ixtisaslar hansılardır?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb.

Düzgün ixtisas seçimi təkcə universitetə qəbul olmaq deyil, həm də gələcək karyera yolunu müəyyənləşdirən mühüm qərardır.

Gələcəkdə ixtisaslaşacağı sahəni müəyyən edən gənclərin əmək bazarının tələblərini  nəzərə alınması vacib şərtlərdəndir.

Bu il xüsusilə yüksək bal toplayan abituriyentlərin əmək bazarının tələblərinə uyğun ixtisaslara üstünlük verməsi diqqət çəkir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, yüksək bal toplayanlar əsasən mühəndislik və IT sahələrini seçiblər:

“Seçim prosesinin yekun rəqəmlərinə və tendensiyalarına nəzər salanda aydın görünür ki, yüksək bal toplayan abituriyentlərin maraqları konkret istiqamətlərdə cəmləşib.

Bu seçimlər həm əmək bazarının gözləntilərini, həm də təhsil sistemində yaranmış stereotipləri üzə çıxarır. Ənənəvi olaraq, 600+ bal toplayan abituriyentlərin böyük əksəriyyəti I və IV ixtisas qruplarında cəmləşib. I qrupda yüksək nəticə göstərənlər əsasən mühəndislik və informasiya texnologiyaları sahələrini seçiblər.

Riyaziyyat-informatika alt qrupunda yüksək bal toplayanların çoxunun kompüter mühəndisliyi, informasiya texnologiyaları, proqram mühəndisliyi kimi ixtisaslara üstünlük verdiyi müşahidə olunub.

Bu, həm qlobal əmək bazarının tendensiyalarından qaynaqlanır, həm də ölkədə IT sahəsinə tələbatın artmasının nəticəsidir. Riyaziyyat-kimya alt qrupunda isə ənənəvi olaraq kimya mühəndisliyi və neft-mexanika ilə bağlı ixtisaslar maraq doğurub, amma son illərdə marağın bir qədər azalması görünür. Bunun səbəbi həm qəbul plan yerlərinin artması, həm də bu sahələrin iş bazarında əvvəlki qədər cazibədar olmamasıdır”.

Onun sözlərinə görə, yüksək bal toplayan abituriyentlər təlabatlı ixtisaslara üstünlük verir:

“IV qrup üzrə ən yüksək bal toplayan abituriyentlərin seçimi isə daha aydın görünür, tibb. Həkimlik peşəsi hələ də Azərbaycanda prestijli və sosial baxımdan ən çox hörmət olunan sahələrdən biridir. Bu səbəbdən IV qrup üzrə 600+ bal toplayanların böyük qismi “Tibb”, “Stomatologiya” və “Əczaçılıq” ixtisaslarına yönəlib. 

Təxminən hər il bu ixtisaslarda 650+ bal səviyyəsində kəsim müşahidə olunur. Bu da təsdiq edir ki, ən yüksək nəticə göstərənlər ən çox bu istiqamətdə toplaşır.

II qrup üzrə yüksək bal toplayanların əsas seçimləri iqtisadiyyat, maliyyə, beynəlxalq ticarət ixtisaslarıdır. Burada maraqlı nüans odur ki, abituriyentlər dövlət idarəçiliyi və hüquq sahəsini hələ də sosial təminat və gələcək karyera baxımından “sabit” qəbul edirlər. Xüsusilə hüquqşünaslıq ixtisası həmişə olduğu kimi ən yüksək bal tələb edən ixtisaslardan biri olaraq qalır.

III qrupda yüksək nəticə göstərən abituriyentlərin əsasən hüquq, beynəlxalq münasibətlər və filologiya ixtisaslarına üstünlük verdiyi görünür.
Burada xüsusilə beynəlxalq münasibətlər ixtisasına maraq son illərdə artıb və bu istiqamət üzrə keçid ballarının 600 baldan yuxarıya qalxması müşahidə olunur. Bu həm də cəmiyyətin “prestijli” hesab etdiyi ixtisaslara yönəlmənin davam etdiyini göstərir.

V qrup üzrə isə vəziyyət bir qədər fərqlidir. Burada yüksək bal toplayanların sayı azdır, amma onların da əsas seçimləri qabiliyyət tələb edən sahələrdir. Bu ixtisasların real əmək bazarında qarşılığı zəif olduğundan yüksək bal toplayanların çoxu digər qruplara nisbətən burada daha azdır”.

Ekspert qeyd edib ki, yüksək bal toplayanlar əsasən sosial prestijli sahələrə yönəlir:

“Dünya təcrübəsi ilə müqayisə etdikdə isə maraqlı mənzərə ortaya çıxır. Məsələn, Sinqapur, Cənubi Koreya və Almaniyada yüksək nəticə göstərən şagirdlərin böyük qismi mühəndislik, informatika və dəqiq elmlər üzrə ixtisaslara yönəlir.

Çünki bu ölkələrdə dövlətin strateji planları təhsil ilə əmək bazarı arasında real körpü yaradır. Azərbaycanda isə hələ də yüksək bal toplayanların mühüm hissəsi daha çox sosial prestiji olan hüquq və tibb sahəsinə üstünlük verir. Bu, əmək bazarı ilə təhsil arasında ziddiyyətin bir göstəricisidir.

Son illərdə yüksək bal toplayan abituriyentlər arasında informasiya texnologiyalarına maraq artır. Bu, Azərbaycanın gələcək iqtisadi inkişafı üçün strateji bir imkan yarada bilər.

Mənfi tərəfi isə ondan ibarətdir ki, mühəndislik və fundamental elmlər kimi sahələrdə yüksək bal toplayanların sayı azdır. Nəticədə ölkə iqtisadiyyatının sənaye və texnoloji inkişafı üçün lazım olan kadrlar kifayət qədər formalaşmır.

Buradan belə nəticə çıxır ki, seçim prosesində yüksək bal toplayanların hansı ixtisaslara üstünlük verdiyi sadəcə şəxsi seçim deyil, həm də təhsil siyasətinin, əmək bazarının və sosial stereotiplərin məhsuludur.

Əgər Elm və Təhsil Nazirliyi bu tendensiyaları vaxtında təhlil edib düzgün istiqamət verməsə, gələcəkdə bəzi sahələrdə kəskin kadr çatışmazlığı, bəzilərində isə artıq kadr problemi yaranacaq.

Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu sahədə nə real proqnoz hazırlayır, nə də valideyn və abituriyentləri marifləndirir. Seçim prosesi faktiki olaraq repetitorların və cəmiyyətin stereotiplərinin diktəsi ilə aparılır. Bu da dövlətin təhsil siyasətində boşluğun açıq göstəricisidir”.
Gülər
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:458
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri