Icma.az
close
up
RU
Ən gözəl qış şəhərləri hansılardır? FOTO

Ən gözəl qış şəhərləri hansılardır? FOTO

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ümumiyyətlə qış sözünü çox adam sevmir, bəs qış şəhərləri haqqında nə demək olar? Günəşli yay günləri gözəl olsa da, sərin qış günlərinin sadəcə günlərin qısalması və ya temperaturun aşağı olması ilə maraqsız ola biləcəyini söyləmək doğru olmaz. Bir çox şəhərlər var ki, qış aylarında heyrətamiz olur.
Bizim.Media qış fəslinin ən çox yaraşdığı şəhərləri sizə təqdim edir.
1. Nyu-York, ABŞ
Bəziləri üçün Nyu York havalar soyuduqca gözəlləşən bir şəhərdir. Qışda festival ab-havası alan Nyu Yorkda buz meydançaları qurulur və “Empire State Building” qar altında çox daha valehedici mənzərə təqdim edir.

2. Berlin, Almaniya
Milad vaxtı açılan marketlərdə satılan isti şərab, zəncəfilli çörək və alman kolbasalarının ətri ilə Berlində sizi əsl qış terapiyası gözləyir. Yalnız dekabrda deyil, digər aylarda da qışdan tam zövq ala bilərsiniz. Qar yağanda “Tiergarten Park” əsl cənnətə çevrilir. Berlin parklarında DJ dəstləri və canlı musiqinin müşayiəti ilə qartopu döyüşləri təşkil edilir.

3. London, İngiltərə
Şaxtalı otların xışıltısını dinləyərkən “Hayd Park”da gəzməyin ləzzəti başqadır. Dünyaca məşhur turistik yerləri və dünya səviyyəli alış-veriş imkanları ilə London bütün il boyu ziyarət edilə bilən şəhərdir. Amma xüsusilə qışda, sarı işıqlı kiçik kafeləri, pubları və soyuqda ən yaxşı görüş yeri olan gözəl restoranları ilə London unudulmaz qış tətili axtaranlar üçün unikal seçimdir.

4. Sidney, Avstraliya
Əgər həqiqətən yay həvəskarısınızsa və qışı çox sevmirsinizsə, qış gələndə Şimal yarımkürəsindən uzaqlaşmağa nə deyirsiniz? O zaman, Cənub yarımkürəsində yerləşən və orta temperaturu 27 dərəcə olan Sidney, qış tətiliniz üçün əla seçimdir. Siz günəş vannası qəbul edə və ya sörf etməyi öyrənə bilərsiniz. Amma ən yaxşı tərəfi odur ki, qışda paltonu özünlə aparmaq məcburiyyətində olmayacaqsan.

5. Praqa, Çexiya
Qalın paltonu özünüzlə götürüb qışda soyuq olması ilə yanaşı füsunkar gözəllikləri və məşhur şənlikləri ilə də məşhur olan Praqaya getməyə nə deyirsiniz? Heyrətamiz səması və möhtəşəm barokko memarlığı ilə “Qüllələr şəhəri” kimi tanınan Praqa həm də ziyarətçilərinə gözəl festivallar təqdim edir: dekabrda Milad bazarları, Yeni ildə qeyri-adi atəşfəşanlıq və fevral və mart aylarında keçirilən maskalı Bohemiya Karnavalı.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Dekabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri