Icma.az
close
up
RU
Ən gözəli: sadə həyat tərzi...

Ən gözəli: sadə həyat tərzi...

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mətanət Məmmədova

Bu, harada mümkündür? Təbii ki, şəhərlərin səs-küyündən, ekoloji çirklənməsindən çox-çox uşaqlarda-kəndlərimizdə. Deməli, ən gözəl həyat haradadır? Kəndlərimizdə: sadə və gözəl həyat.

Lakin zaman-zaman bu gözəlliyin fərqinə varmayıb şəhər eşqi ilə yaşayanlar olur. “Əşi nə qədər mal-qara saxlamaq olar? Nə qədər heyvan sağmaq olar, südü pendirə, şora, qaymağa, qatığa çevirmək olar? Nə qədər torpaqla əlləşmək olar? Nə qədər ağacın altının meyvəsini yığmaq olar? Nə qədər qoz, badam, fındıq çırpmaq, yığmaq, qabıqdan çıxarmaq, sərmək, qurutmaq, kisələrə doldurmaq, bazara aparmaq, satmaq olar? Nə qədər toyuğun dalınca düşüb oradan bura, buradan ora qovmaq olar? Belə də iş olar, düşmüşük, axı bitdik, tükəndik”,- deyənlər olur. Və günlərin bir günü mal-heyvanını satır, bağ-bağçasına üz çevirir, qapısını bağlayır, yollanır şəhərə insan.

Şəhərdə onu hansı həyat gözləyir? Bundan xəbərsizdir. Hələlik insan şəhərin gur işıqlarına aldanır. Hələ insan televizordan izlədiyi şəhər həyatının “rahatlığına” gəlir. Mal-heyvan saxlamayacağı, səhər sübh çağından yatağından qalxmayacağı, günorta saatlarınadək yatıb istirahət edəcəyi, kəndin yorğunluğunu bədəninin çıxaracağı eşqi ilə şəhərə gəlir. “Bu kənddə bir gün görmədik. Gedək Bakıda gün görək,- deyib gəlir Bakıya insan.

Kənddən Bakıya... Çiçək ətirli torpağın təmas etdiyi evindən 6, 7, 9, bəzən 20, 30-cu mərtəbəyə-torpaqdan “ayağı” kəsilmiş evə gəlir. Dörd divar, pəncərələrin önü yeni tikililərin divarları, yaşıllıqdan əsər-əlaməti olmayan şəhər mənzərəsi... Pəncərəni açarkən maşınlardan ucalan yersiz siqnalların, qulaqbatırıcı musiqinin əlisilahlı düşmən kimi içəriyə girib, insanın başına endirdiyi ard-arda zərbələr... Pəncərəni açıb təmiz hava almaq istəyərkən maşınlardan ətrafa yayılan tüstüdən savayı heç nə...

Bəzən heç bu ev də olmur. İnsan kənddən şəhərə gəlib şəhər mərkəzindən kilometrlərlə kənarda, haradasa 2-3 saatlıq məsafədə şəraitsiz evlərdə kirayədə yaşamalı olur, hansı ki, kənddə xan sarayı kimi evinə qıfıl asıb gəlir. Özünə bir iş də tapır: yaşadığı ərazidən yenə də kilometrlərlə uzaqda olan bir iş. Günlərinin yarısı yollarda keçir, əlinə də rayonda aylıq qazancının dörddə biri gəlir, ya gəlmir.

Bu da Bakı. Arzuların, istəklərin Bakısı. Sən evini-eşiyini qoy, gəl, burada nə evin, nə düz-əməlli bir işin olsun. Rayonlarda o gözəllikdə ev-eşiyin boş qalsın, o qədər qazancın əlindən çıxsın. Gəl, burada səhərin sübhündən qalx ayağa ki, işə çatasan. Bax, belə... Buyur, şəhərdə yaşa ki, kəndin qədrini biləsən.

Yaşayır şəhərdə insan. Kəndindən kilometrlərlə uzaqda yerləşən şəhərdə. Bəli, səhər yuxusunu ala bilmir. Çünki kənd olsun, şəhər olsun, insan işləməsə, ac qalar. Ailəsini dolandıra bilməz. Odur ki, kənddə yuxudan oyandığı vaxtdan da əvvəl oyanır ki, şəhərin bu başından o başına işə çata bilsin. Həyat eynidir, lakin fərq kəndin sübh çağı təmiz havası ilə şəhərin sübh çağı belə təmiz olmayan havasındadır.

İnsan şəhərdə yaşadıqca baxır ki, yox, burada öz həyətindən dərdiyi gözəl meyvə-tərəvəz yoxdur, onların dadını heç nədən ala bilmir. Baxır ki, kənd yumurtası, qatığı, kərəsi, şoru hara, buradakı bazarda satılanlar hara?

Meyvəni-tərəvəzi qoyaq bir kənara, insan şəhərdə salam verir, salamı alınmadıqca, kəndin xiffətini etməyə başlayır. Yadına salamlaşdığı, salamının hündürdən alındığı, kefinin-halının belə hər gün neçə-neçə həmkəndlisi tərəfindən soruşulduğunu yada salır. Elə bu vaxt liftə daxil olur və qapıbir qonşusuna salam verir. Lakin salamın qarşılığını ala bilməyəndə xəyalı bir də kəndə yollanır. Dərin bir ah çəkir və gözləri təəssüflə uzaq bir nöqtəyə zillənir.

İnsan şəhərdə yaşayır. Aylar ötür, illərə qovuşur. Lakin insan kəndə olan heç bir şeyin eynisini şəhərdə görə bilmir. Bu vaxt dərin bir peşmanlıq onun cisminə hakim kəsilir. Heç nə, heç nə kənddəki kimi deyil axı... İnsan gəzməyə çıxır, parkları, küçələri, istirahət mərkəzlərini gəzir. Lakin sadəliyi tapa bilmir.

Bu zaman özünə sadə yaşam tərzindən başqa heç nəyin lazım olmadığını anlayır. Sən demə ən gözəl yaşayış sadəlikdə imiş. Sadəlik isə kənddə, onun təmiz havasında, mal-qaranın, qoyun-quzunun səsində, çayların bəzən şaqqıltı, bəzən sakitcə axmasında, bağ-bağatın yaşıl və bu yaşıla rəng verən qırmızısında, sarısında imiş. Sadəlik və gözəllik kənddə imiş: insanların bir-biri ilə salamlaşdığı kənddə.

Bəzən kənddən çıxıb kəndi bəyənməyənlər olur. Kənd adamı ilə şəhər adamını fərqləndirənlər də olur. Lakin elə böyük fərq insanın bir-birinə salam verib salam almasında deyilmi? Bunu ki, şəhərdə edən çox az sayda adam var.

Bütün bu düşüncələrlə insan kəndinə qayıdır. Qapısından qıfılı açıb evinə girir. Görür ki, sadəlik və gözəllik buradadır.

12 iyul - Ümumdünya Sadə Yaşam Günüdür. Bu gün xaosdan uzaq, sadə həyat tərzini qeyd etməyə həsr olunaraq təbiətlə əlaqə qurmaq, sakitlik və daxili dinclik tapmaq kimi həyat prinsiplərinə diqqət yetirilir.

İstər kənddə, istərsə də şəhərdə sadə həyat tərzinə üstünlük verək. Maddi düşüncələrdən uzaqlaşmaq, daha mənalı həyat tərzi yaşamaq diləyi ilə...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyul 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri