Icma.az
close
up
RU
Məşhur insanların həyat tərzi: DÜNYANIN ƏN YAXŞI PƏHRİZİ

Məşhur insanların həyat tərzi: DÜNYANIN ƏN YAXŞI PƏHRİZİ

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sidney Universitetinin alimləri pəhriz saxlamaqla ürək problemləri arasında əlaqə araşdırılıb. Tədqiqata 22 495 qadın cəlb edilib. 16 araşdırmanın nəticəsinə əsasən, Aralıq dənizi pəhrizinə riayət edən qadınların ürək xəstəliyi riski 24%, ölüm riski isə 23% daha azdır.

Tədqiqatın nəticələri “Heart” jurnalında dərc edilib. Məqalədə qeyd edilib ki, Aralıq dənizi pəhrizi ürək sağlamlığını qoruyur, xolesterini və qan şəkərini aşağı salır.

Aralıq dənizi pəhrizi meyvə, tərəvəz, göyərti, qoz-fındıq, lobya, mərcimək və bütün taxıl kimi liflə zəngin bitkilərlə qidalanmadır.

Araşdırmalar göstərir ki, Aralıq dənizi pəhrizi menopoz dövründə olan qadınlar üçün də faydalıdır. Bu pəhrizi tətbiq etmək çətin deyil. Mütəxəssislərin fikrincə bu pəhriz həyat tərzidir.

Bəs, Aralıq dənizi pəhrizində qadınların ürək sağlamlığı üçün yeməli olduğu qidalar hansılardır?

Qoz

Amerika Ürək Dərnəyinin məlumatına görə, qoz omeqa-3 yağ turşuları ilə zəngindir və bu yağların ürək-damar sağlamlığını yaxşılaşdırmağa kömək etdiyi, ürək xəstəliyi və insult riskini azaltdığı sübut edilib. Qozun sağlam pəhrizə daxil edilməsi yaşlandıqca həm fiziki, həm də koqnitiv sağlamlığı qorumağa kömək edə bilər.

Tünd yaşıl yarpaqlı göyərtilər

Mütəxəssislər tünd yarpaqlı göyərtilərin maqneziumla zəngin olduğunu və yüksək dərəcədə lif və zülal mənbəyi olduğunu bildirirlər. Bunlara ispanaq, pazı, kələm, arugula daxildir və onların bir çoxu həm xam, həm də bişmiş halda istehlak edilə bilər.

Dəniz məhsulları

Daimi dəniz məhsulları istehlakı sağlamlıq üçün olduqca faydalıdır. Bir araşdırmaya əsasən, işlənmiş ətdən alınan kalorilərin 3%-ni dəniz məhsulları ilə əvəz etmək ürək-damar xəstəliklərindən ölmüm riskini 31% azaldıb. Somonun ürək xəstəlikləri və insult riskini azaltdığı məlumdur.

Paxlalılar

Mütəxəssislər bildirirlər ki, Aralıq dənizi pəhrizinin mühüm tərkib hissəsi olan paxlalılar arasında paxlalılar, lobya, mərciməklər və noxudlar var. Niacin yaxşı xolesterolu artırır və ürək üçün əla B vitaminidir. Niacinlə zəngin qidalara noxud, avokado və balqabaq toxumu daxildir. Aralıq dənizi pəhrizinin vacib hissəsi olan bütün taxıllara qəhvəyi düyü, tam buğda, yulaf, quinoa, qarabaşaq yarması və arpa daxildir. Bunlar xolesterolu azaltmağa, qan şəkərini sabitləşdirməyə və immunitet sistemini dəstəkləməyə kömək edir.

Zeytun yağı

Zeytun yağı Aralıq dənizi pəhrizinin təməl daşıdır. Qida və qidalanma redaktoru Largeman-Roth bildirir ki, antioksidantlarla zəngin olan sızma zeytun yağı iltihab əleyhinədir.  Zeytun yağının Aralıq dənizində geniş şəkildə istehlak edilir

Meyvələr

Böyük qida dəyəri və antioksidantlarla zəngin meyvələr də pəhrizin əsas hissəsidir. Giləmeyvələr həm də iltihab əleyhinə xüsusiyyətlərə malikdir və ürək xəstəliyi və qan təzyiqi riskini azaldır. Mütəxəssislərin fikrincə, bu qidalar, həmçinin C vitamini, kalium və dəmir kimi lif və qida maddələri ilə zəngindirlər.

Əncir

Əncir istər təzə, istərsə də qurudulmuş olsun, çox önəmli qidadır. Mütəxəssislər liflə zəngin olan bu meyvənin Aralıq dənizi mətbəxində məşhur və qadınların ürək sağlamlığı üçün vacib olduğunu bildirirlər.

Sevinc Hüseynova

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri