Icma.az
close
up
RU
Ən ideal sayılan məhəllələ Zukerberqin ora köçməsi ilə necə cəhənnəmə çevirildi?

Ən ideal sayılan məhəllələ Zukerberqin ora köçməsi ilə necə cəhənnəmə çevirildi?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Kaliforniyanın Palo Alto şəhərindəki Crescent Park uzun illər "Kaliforniya yuxusu"nun təcəssümü sayılırdı. Yaşıllıqlar içindəki bağlar, zövqlü evlər, küçələrdə velosiped sürən uşaqlar və sıxı qonşuluq əlaqələri bu məhəlləni nümunəvi yaşayış yeri etmişdi. Ancaq "Meta” şirkətinin qurucusu Mark Zukerberq və həyat yoldaşı Prissilla Çanın burada məskunlaşması ilə məhəllənin ab-havası tamamilə dəyişib.

Qaynarinfo xəbər verir ki, "The New York Times”ın məlumatına görə, servəti 270 milyard dollara çatan Zukerberq bu günə qədər Crescent Park-da ən azı 11 evi alıb və buna 110 milyon dollardan çox vəsait xərcləyib. Ev sahiblərinə iki-üç qat qiymət təklif etməsi ilə tanınan milyarder, bir çox köhnə sakini məhəllədən köçməyə məcbur edib. Lakin satın alınan evlərin əksəriyyəti boş qalıb.

Zukerberqin beş evi birləşdirərək yaratdığı kompleksdə ailəsi ilə birlikdə yaşadığı bildirilir. Burada qonaq evləri, bağlar, idman sahəsi və xüsusi hovuz yerləşir. Boş binalardan biri əyləncə məqsədilə istifadə olunur, digəri isə izinsiz fəaliyyət göstərən xüsusi məktəb kimi.

Məhəllə sakinlərinin narazılığına səbəb olan əsas məqamlardan biri də yerin altında illərlə aparılan tikinti işləridir. Rəsmi sənədlərdə "zirzəmi” adlanan bu məkanın əslində gizli sığınacaq olduğu iddia edilir. Uzunmüddətli səs-küy, iri texnika və təhlükəsizlik tədbirləri də narahatlığı artırıb.

Zukerberqin mülkləri ətrafına yerləşdirdiyi müşahidə kameraları, şəxsi mühafizəçilərin küçələrdə sakinləri izləməsi də qonşuların qəzəbinə səbəb olub. Palo Alto bələdiyyəsi tikintilərin qanuni olduğunu bildirsə də, məhəllə sakinləri icazələrin "qanunun ruhuna zidd” olduğunu vurğulayır.

Zukerberqin sözçüsü Aaron Mklir isə cütlüyün yerli qaydalara riayət etdiyini, təhlükəsizlik tədbirlərinin isə konkret təhdidlərə görə məcburi olduğunu deyir. Onun sözlərinə görə, gurultulu tədbirlərdən əvvəl qonşular məlumatlandırılır, işçilərin parkinq problemləri həll olunur və hətta bəzi hallarda narazılıqları azaltmaq üçün hədiyyələr təqdim edilir.

Bununla belə, Crescent Park sakinlərinin çoxu mətbuata adlarının açıqlanmasını istəməyib. Onlardan biri, 30 ildən çoxdur burada yaşayan və evini satmaqdan imtina edən Maykl Kişnik, "Bu məhəllə işğal edilib, sakinlərin həyatına hörmət olunmur” deyə bildirib.

Ekspertlər bildirirlər ki, Palo Alto uzun müddətdir texnologiya milyarderlərinin məskəni olub. Lakin Crescent Park-ın birdən-birə genişmiqyaslı bir tikinti sahəsinə çevrilməsi və uzun sürən inşaat, qonşuluq münasibətlərini ciddi şəkildə zədələyib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Avqust 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see233

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see190

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see182

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see145

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri