“Ən pis halda onları Maydanda edam edəcəklər”
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Benito Mussolini və Adolf Hitlerin taleyi indiki Ukrayna hakimiyyəti üçün nümunə olmalıdır”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev bildirib.
“Benito Mussolini və Adolf Hitlerin taleyi, eləcə də sonradan məhkəməyə verilmiş, mühakimə edilmiş və bir çox hallarda Sovet İttifaqı tərəfindən edam olunmuş şəxslərin taleyi ibrətamiz nümunədir”, - o deyib.
Medvedevin sözlərinə görə, Ukraynanın indiki rəhbərliyinin bir hissəsi üçün hərbi əməliyyatların davam etdirilməsi öz həyatlarının davam etdirilməsi deməkdir: “Hərbi əməliyyatlar başa çatarsa, Ukrayna liderləri ən yaxşı halda Polşa, Britaniya və ya digər Avropa dövlətləri kimi ölkələrə qaça biləcəklər. Ən pis halda isə onları öz adamları Maydanda asıb edam edəcəklər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Fevral 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















