Ən populyar deputatlar məlum oldu
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada keçirilən Dövlət Dumasına seçkilərdə birmandatlı dairələr üzrə ən yüksək nəticəni Çeçenistan Respublikasından namizəd Adam Delimxanov göstərib.
Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara əsasən, “Vahid Rusiya” partiyasından namizəd olan Delimxanov Çeçenistan üzrə 95,21 faiz səs toplayıb. Bununla o, birmandatlı dairələr üzrə ən yüksək nəticə göstərən namizəd olub.
İkinci nəticə Dağıstandan namizəd Xizri Abakarova məxsusdur. O, 89,8 faiz səs toplayıb. Şimali Osetiyadan namizəd İvan Demçenko isə 86,71 faiz nəticə göstərib.
Növbəti yerlərdə Voronej vilayətindən Aleksey Qordeyev – 84,76 faiz, Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə Saratov vilayətindən 82,93 faizlə qərarlaşıb.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-20-də keçirilib. Delimxanovun nəticəsi Çeçenistan rəhbəri Ramzan Kadırovun eyni seçkilərdə əldə etdiyi 99,85 faizlik nəticədən təxminən 4,6 faiz bəndi aşağıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Sentyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















