Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Zəfərdən 6 il sonra: Ordumuz necə dəyişdi?

Zəfərdən 6 il sonra: Ordumuz necə dəyişdi?

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən 6 il ötür. 8 Noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə kulminasiya nöqtəsinə çatan Zəfər, təkcə torpaqlarımızın işğaldan azad olunması deyil, həm də Azərbaycanın hərbi qüdrətinin dünyaya nümayişi oldu.

Ötən 6 il ərzində Azərbaycan Ordusu nə qədər güclənib? Ən böyük dəyişiklik nədir? Sülh sazişi imzalanmasa, yeni hərbi eskalasiya riski nə qədər realdır?

Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Bakıvaxtı.az-a açıqlama verib.

Onun sözlərinə görə, son 6 il Azərbaycan Ordusu üçün təkcə 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatlarında qazanılan təcrübə ilə kifayətlənmək dövrü olmadı:

"Bu illər həmin zəngin döyüş təcrübəsinin köklü hərbi islahatlara çevrildiyi və ordunun keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoyduğu dövr kimi tarixə düşdü. Post-müharibə dövründə formalaşan mənəvi-psixoloji üstünlük və qalib ordu ruhu şəxsi heyətin təlim hazırlığını ən yüksək səviyyəyə qaldırdı. Bu proses dalbadal artırılan rekord hərbi büdcə ilə dəstəkləndi. Hər il ayrılan milyardlarla dollarlıq vəsait birbaşa modern infrastruktura, şəxsi heyətin təminatına və ən müasir texnologiyaların transferinə yönəldildi".

Ekspert vurğulayıb ki, Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemlərində atılan addımlar ölkənin hava məkanının təhlükəsizliyini tam fərqli müstəviyə çıxardı.

"Pakistanla strateji əməkdaşlıq çərçivəsində arsenala cəlb edilən, AESA radarları və uzaqmənzilli raketlərlə təchiz olunmuş JF-17C Block III qırıcıları hava üstünlüyünün saxlanılmasında dönüş nöqtəsi oldu. Eyni zamanda, Çin istehsalı uzaqmənzilli HQ-9B HHM kompleksləri və müasir radar sistemləri ölkə üzərində çoxsəviyyəli və keçilməz bir hava müdafiə çətiri formalaşdırdı", - deyə S.Məmməd vurğulayıb.

Səxavət Məmməd: Formalaşan qalib ordu ruhu şəxsi heyətin təlim hazırlığını yüksək səviyyəyə qaldırdı

Hərbi ekspertin fikrincə, ordudakı ən böyük və köklü dəyişiklik təşkilati strukturun klassik Sovet modelindən tamamilə çıxaraq müasir Türkiyə-NATO modelinə inteqrasiya edilməsi, Komando Briqadalarının və İnsansız Qoşun Sisteminin yaradılmasıdır:

"Xüsusi təyinatlıların çevikliyini adi piyadanın kütləviliyi ilə birləşdirən Komando briqadaları mürəkkəb dağ-meşə relyefində istənilən qəfil təhlükəyə dərhal reaksiya vermək imkanına yiyələndi. Paralel olaraq, orduda dron tətbiqi yalnız Bayraktar TB2, Akıncı və Harop kimi kəşfiyyat-zərbə İHA-ları ilə məhdudlaşmadı. FPV dronları, lojistik və avtonom suüstü insansız vasitələr vahid komandanlıq və kəşfiyyat-zərbə kompleksinə inteqrasiya olunaraq müstəqil və öldürücü bir gücə çevrildi".

Sülh sazişinin imzalanmaması şəraitində yeni eskalasiya riskinə də toxunan S.Məmməd bildirib ki, iki ölkə arasındakı kəskin güc balansı səbəbindən Ermənistan tərəfindən genişmiqyaslı müharibəyə başlama ehtimalı, demək olar ki, yox dərəcəsindədir.

"Yekun sənəd imzalanana qədər şərti sərhədlərdə lokal təxribatlar və qısamüddətli gərginlik riskləri qalsa da, Azərbaycan Ordusunun son altı ildə qazandığı texnoloji, taktiki və mənəvi üstünlük istənilən revanşizm cəhdinin qarşısını alan ən böyük çəkindirici faktor rolunu oynayır", - müsahibimiz qeyd edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Noyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri