Icma.az
close
up
RU
Ən populyar və qəribə qlobal sui qəsd nəzəriyyələri: Bəziləri sonradan doğru çıxıb

Ən populyar və qəribə qlobal sui qəsd nəzəriyyələri: Bəziləri sonradan doğru çıxıb

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir çox hadisəyə ilk baxışda inanmaq çətin olsa da, zamanla bəzi sui-qəsd nəzəriyyələrinin arxasında doğrudan da gizli planların olduğu üzə çıxır. Ən qəribə və şübhəli görünən fikirlər belə, bəzən rəsmi sənədlərlə təsdiqlənib.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, "Taskigi eksperimenti" ABŞ-ın Alabama ştatında 1932–1972-ci illərdə həyata keçirilən və sifilis xəstəliyinin müalicəsiz gedişini yoxsul afroamerikalılar üzərində müşahidə edən gizli bir tibbi araşdırma olub. İştirakçılara səhiyyə yardımı və qida vədi verilsə də, hətta penisilin istifadəyə verildikdən sonra belə onlara müalicə tətbiq edilməyib. Bu "tibbi sui-qəsd" uzun müddət şayiə sayılıb, lakin 1972-ci ildə aparılan jurnalist araşdırmaları onun gerçək olduğunu üzə çıxarıb. Yalnız bundan sonra, 1997-ci ildə ABŞ prezidenti Bill Klinton rəsmi şəkildə üzr istəyib.

"MK-Ultra layihəsi" isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən 1953–1973-cü illərdə aparılan, insanların şüuruna təsir göstərmək üçün LSD və digər psixotrop maddələrlə həyata keçirilmiş gizli eksperimentlər olub. Əvvəllər uydurma kimi qəbul edilən bu layihənin sənədləri 1970-ci illərdə ABŞ Senatının Çörç komitəsi tərəfindən ortaya çıxarılıb. Sənədlər göstərib ki, MKİ vətəndaşlardan xəbərsiz bu cür psixoloji təcrübələr aparıb.

"Northwoods əməliyyatı" isə ABŞ-ın öz ərazisində saxta terror aktları təşkil edərək Kubanı günahlandırmaq və bu yolla ona qarşı hərbi müdaxiləni əsaslandırmaq planı olub. Bu təklif 1962-ci ildə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri tərəfindən irəli sürülsə də, prezident Con Kennedi onu rədd edib. 1997-ci ildə bu planla bağlı sənədlər açıqlanaraq, əvvəllər "imkansız" hesab edilən bu sui-qəsdin həqiqətən təklif edildiyini sübut edib.

Masonlar haqqında sui-qəsd nəzəriyyələri yüzillərdir ki, gündəmdədir. Bu nəzəriyyələrə görə, qlobal siyasət, iqtisadiyyat və mədəniyyət üzərində hakimiyyət gizli mason təşkilatlarının əlindədir. İddialara əsasən, dünya liderləri, bankirlər və media fiqurlarının bir çoxu mason lojalarına bağlıdır və "gizli plan" əsasında fəaliyyət göstərirlər.

Bu nəzəriyyənin davamlı populyarlığı, mason təşkilatlarının real mövcudluğu ilə də əlaqəlidir. Qapalı üzvlük sistemi, rituallar və uzun tarixi olan bu təşkilata ABŞ-ın qurucu atalarından Corc Vaşinqton və Benjamin Franklin kimi şəxslər də üzv olublar.

Əlbəttə, bəzi sui-qəsd nəzəriyyələri tamamilə gülüncdür. Məsələn, "Yer düzdür" nəzəriyyəsinə inananlar hələ də var. Halbuki eramızdan əvvəl III əsrdə Yunan alimi Eratosfen Yer kürəsinin çevrəsini dəqiqliklə hesablamışdı. Bu nəzəriyyəyə görə, Yer disk formasındadır, ətrafı isə Antarktida tərəfindən "buz divarı" ilə əhatə olunub. NASA və hökumətlərin isə bu "həqiqəti” gizlətdiyi iddia edilir.

Bundan daha qəribəsi isə "Ayın hologram olması" ilə bağlı nəzəriyyədir. Bu fikrə görə, Ay əslində real səma cismi deyil, hökumətlərin yaratdığı hologramdır və insanları yayındırmaq və ya şüura nəzarət etmək məqsədilə "göydə saxlanılır”.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyul 2025 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri