Ən qədim şirkətlər... Bəzisi 1000 ildən çoxdur fəaliyyət göstərir
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İndiyə qədər fəaliyyət göstərən dünyanın ən qədim beş şirkətinin adı açıqlanıb. Bəzi ekspertlər bildiriblər ki, müasir dövrlərdə bir çox startapların ömrü beş ildən artıq olmadığı halda, bəzi şirkətlər dözümlülük və böyük güc, iradə nümayiş etdirməklə, əsrlər, hətta minilliklər boyu fəaliyyətini davam etdirirlər.
Reyting.az xəbər verir ki, "World Atlas" nəşrinin məlumatına görə, bu cür qədim şirkətlər müharibələrə, həmçinin böyük böhranlara, eyni zamanda, qlobal miqyasda texnoloji dəyişikliklərə davam gətirməklə, bu gün də uğurla işləyirlər.
Nəşr həmin şirkətlərin siyahısını təqdim edib:
1. Yaponiyanın "Genda Shigyō" şirkəti.
771-ci ildən fəaliyyət göstərən Kyoto şirkəti dini mərasimlər üçün ənənəvi olan kağız məmulatları istehsal edir və 1200 ildir ki, qədim yapon sənət texnikalarını qoruyur.
2. "St. Peter Stiftskulinarium" - Avstriya şirkəti.
803-cü ildə Salzburqda qurulmuş bu klassik restoran Avropanın ən qədim restoranıdır və burada tarixi atmosferdə klassik Avstriya mətbəxi təqdim olunur.
3. Almaniya şirkəti olan "Staffelter Hof" 862-ci qurulub.
Mözel vadisində yerləşən "Staffelter Hof" dünyada ən qədim şərab zavodlarından biridir. Hazırda burada minillik "Riesling", qədim dövr reseptləri əsasında fərqli şərab istehsalı ənənəsi bu gün də davam edir.
4. "Tanaka-Iga" adlı Yaponiya şirkəti 885-ci ildən öz fəaliyyətini uğurla davam etdirən bir ailə şirkətidir.
Qədim "Tanaka-Iga" buddist ev qurbangahları, yəni Butsudan istehsal edir və indiyədək Yapon ənənəvi sənətini yaşadır.
5. Böyük Britaniyanın "The Royal Mint" şirkətinin əsası 886-cı ildə qoyulub.
Kral zərbxanası 1100 ildən çoxdur ki, Böyük Britaniya Krallığının əvəzedilməz rəsmi sikkə istehsalçısıdır. Hazırda bu müəssisə kolleksiya sikkələri, həmçinin qızıl sərmayə məhsulları ilə də tanınır.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezidentə öz dəstəyini göstərir
23 Dekabr 2024 10:52
Bir ildən çoxdur maşınsızam Video
06 May 2025 23:02
İxracatda ən çox gəlir götürən şirkətlər açıqlanıb
29 Dekabr 2024 11:40
Ən böyük şirkətlər işçiləri ödənişsiz məzuniyyətə göndərir...
10 Oktyabr 2025 20:14
Abid Öməroğlu Şirkətlər insanlar, insanlar da şirkətlər kimidir...
04 Noyabr 2024 18:23
Baxış sayı:47
Bu xəbər 05 Noyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















