“Ən qorxulu tərəfi odur ki, asbestin zərəri dərhal özünü göstərmir illərlə bədəndə yığıldıqdan sonra ortaya çıxır”
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyo.info xəbər portalına həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, asbestin insan sağlamlığı üçün son dərəcə zərərli olduğu elmi şəkildə sübut edilib: “Asbest, lifli quruluşa malik bir materialdır. Mikroskop altında baxıldıqda, çox sayda nazik şüşə iynələrdən ibarət bir materialdır. Uzun illər boyunca zərəri nəzərə alınmadan şifer dam örtüklərində, gəmi istehsalatında və müxtəlif sənaye sahələrində geniş şəkildə istifadə olunub. Lakin artıq uzun müddətdir ki, asbestin insan sağlamlığı üçün son dərəcə zərərli olduğu elmi şəkildə sübut edilib və bir çox ölkələrdə bu maddəyə qarşı ciddi mübarizə aparılır. Qardaş Türkiyədə də bu materialla bağlı təhlükə geniş yayılmışdı və hazırda dam örtüklərində asbest materialları mərhələli şəkildə keramit, dəmirdən örtüklər və digər təhlükəsiz alternativlərlə əvəz olunur”.
həkim-pulmonoloq Əsəd Beydullayev
“Asbestin lifləri havaya qarışaraq tənəffüs yolu ilə ağciyərlərə daxil olur. Bu liflər bədənimizin müdafiə hüceyrələri tərəfindən udulur, lakin parçalanıb həzm oluna bilmir. Nəticədə həmin hüceyrələr dağılır və məhv olur. Bu proses milyonlarla hüceyrənin məhvinə və ağciyərlərdə xroniki iltihaba səbəb olur. Zamanla bu iltihabi proses ciddi xəstəliklərə yol açır: asbestoz, ağciyər xərçəngi və mezotelioma kimi daha çox göstərir. Bu xəstəliklərin hamısı ağır və geri dönüşü olmayan patologiyalardır.
Əlamətlərə nəfəs darlığı, qanlı bəlğəm, davamlı öskürək, halsızlıq, çəki itkisi və barmaq uclarında "nağara çubuğu" görünüşü aiddir.
Ən qorxulu tərəfi odur ki, asbestin zərəri dərhal özünü göstərmir (allergik reaksiya kimi) – illərlə bədəndə yığıldıqdan sonra ortaya çıxır.
Azərbaycanda bu sahədə dəqiq statistikaya rast gəlməmişəm. Ağciyər həkimi olaraq bu xəstələrlə hər gün qarşılaşmıram, lakin bir neçə aydan bir rast gəldiyim hallar olur. Daha çox bu problemin Türkiyədə çalışdığım dövrdə geniş yayıldığını müşahidə etmişdim.
Qabaqlayıcı tədbirlərin görülməsi olduqca vacibdir. Mənim oxuduğum məqalələrə əsasən, asbestin bazarda təxminən 15–20% payı var və bu, əslində olmamalıdır.
Köhnə şiferlərin sökülərək, onların yerinə metal və ya keramika tərkibli şiferlərin qoyulması daha məqsədəuyğundur. Bu dəyişiklik təkcə yaşlı insanların deyil, evdə yaşayan və həmin havanı udan körpə uşaqların da sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır”-deyə həkim-pulmonoloq qeyd edib.
Həkim-pulmonoloq Əsəd Beydullayev vurğulayıb ki, belə məlumatlandırma işləri zərərli vərdişlərin və təsirlərin qarşısını almaqda mühüm rol oynayır: “Maarifləndirmə ilə bağlı indiyə qədər qarşıma heç nə çıxmayıb. Siz ilk dəfə bu məsələ ilə bağlı soruşdunuz, buna görə təşəkkür edirəm. Düşünürəm ki, bu məsələ Milli Məclisdə qaldırılıbsa, artıq mövzu ətrafında ictimai müzakirə başlayacaq və ümid edirəm ki, ciddi tədbirlər görüləcək.
Ümumiyyətlə, zərərli maddələrin - xüsusilə tənəffüs yolları üçün təhlükəli olanların - insanlara tanıdılması, maarifləndirilməsi çox vacibdir. Ağciyər həkimi olaraq deyə bilərəm ki, belə məlumatlandırma işləri zərərli vərdişlərin və təsirlərin qarşısını almaqda mühüm rol oynayır. Bu gün bu istiqamətdə atılan istənilən addım gələcək nəsillərin daha sağlam olması üçün atılmış addımdır”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 26 Dekabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















