Ən uzun futbol qarşılaşması 26 saat davam etdi
Icma.az, Lent az saytına istinadən bildirir.
Moskvanın “Lujniki” stadionunda futbol qarşılaşmasının oynanıldığı saatların sayına görə yeni rekord müəyyən edilib.
Lent.az xəbər verir ki, bu nailiyyət şənbə günü, Ümumrusiya Futbol Gününün qeyd olunması zamanı əldə olunub.
Məhz bundan sonra yeddi-yeddi formatında oynanan oyunun ultra-marafonu başlayıb. Oyun bazar günü saat 14:00-da başa çatıb. Beləliklə, oyunun müddəti 26 saat olub.
Bu, 2014-cü ildə Moskva yaxınlığındakı Luxovitsıda qeydə alınan əvvəlki rekorddan iki saat çoxdur: həmin oyun 24 saat davam edib.
Oyunun yekununda “qırmızılılar” “ağlar” üzərində 416:409 hesabı ilə qalib gəlib.
Bu nailiyyət Rusiyanın Rekordlar Kitabının səhifələrində yerləşdiriləcək. Qaşılaşma zamanı Rusiya milli komandasının keçmiş kapitanı Aleksey Smertin xüsusi diqqətə layiqdir. O, 26 saat meydanda qalıb, digər oyunçular kimi hər iki saatdan bir 8 dəqiqəlik texniki fasilə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 Noyabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















